Page 242 - Pure Life 09
P. 242
/
(
228 PURE LIFE, Vol.4.No.9, (Ramadan 1438. Khordad 1396. June. 2017)
Peyğəmbər (s) və imamlar (ə) həyatda olduqları
zaman din və siyasətin məzhəri (aşkar olduğu yer) idilər
və yol göstərmək, onun şəriət və hökmlərini bəyan
etməklə camaatın siyasi və ictimai məsələlərinə diqqət
1
yetirir və onu özlərinin dini vəzifəsi hesab edirdilər.
Siyasi mütəfəkkirlərin nəzərində siyasətin tərifi
Yuxarıda qeyd edilən iki tərifdən əlavə, siyasətlə bağlı bu
ixtisasın nəzər sahibləri tərəfindən də çoxlu sayda təriflər
təqdim edilmişdir ki, onları aşağıdakı bir neçə əsas
prinsip ətrafında xülasə edə və bölgülərə ayıra bilərik:
1. Təriflərin bir qrupu siyasəti ictimai
məsələlərin hamısına və ya bir qisminə
rəhbərlik və onu himayə etməyi nəzərdə
tutur. O cümlədən, Əflatun (Pluton) onu
böyük cəmiyyətin, ölkə, millət, dövlətin
idarə və bütün vətəndaşlar üçün daha çox
2
xoşbəxtliyin təmin edilməsi hesab edir.
2. O, belə deyir: “Rəhbərin vəzifəsi camaatı
fəzilətlə yetişdirmək və hökumətin xüsusi
3
əhəmiyyətli işi təlim verməkdir.”
3. Fransalı Reymon Aron müxtəlif (fərqli)
məsələlərlə bağlı qərar qəbul etməyi
“siyasət” adlandırır.
4
1. “Səhifeye nur”, c.13, səh. 218.
2. Əbülhəmd Əbdülhəmid, “Məbaniye siyasət”, səh. 33.
3. Alim Əbdürrəhman, “Tarixe fəlsəfeye siyasiye ğərb”, c.1, səh. 98.
4. Əli Babayi. Qulamrza və Ağayi, “Fərhənge ulume siyasi”, Bəhmən, səh. 394.