Page 211 - Islamic Studies 03
P. 211

210) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)



               cəbhədə  vuruşursa,  artıq  evinin,  külfətinin  nigarançılığını
               çəkmir.  Çünki  canını,  varlığını  şəhadətə  hazır  etmiş  adam

               evinin, külfətinin fikrini çəkə bilməz. Belə insanlar cəbhədən
               qayıtdıqlarında  çox  yaxşı  olardı  ki,  öz  ruhiyələrini,  mənəvi
               hallarını qoruyub saxlayardılar və fədakarlıq, Allahın qəzavü-
               qədəri  qarşısında  təslim  olmaq  dərsini  başqalarına  da

               verərdilər. Həmişə dillərinin virdi bu olardı ki:
                           Dərd də versə, qənd də versə, dost verib

                           Dost verən şey dərd də olsa, qənd verib
               Rəhmətlik  Molla  Mehdi  Nəraqi  deyir:  "Allahın  qəzasına
               razılıq  dinin  ən  yüksək  məqamlarından,  müqərrəblərin  ən

               şərəfli mənzillərindən və Allahın əzəmətli qapılarından biridir.
               Bu  qapıdan  girən  şəxs  behiştdə  daxil  olar.  Riza  məqamının

               əhəmiyyəti  o  həddədir  ki,  peyğəmbərdən  nəql  edilən
               rəvayətlərin  birində  deyilir:  "Allah  qiyamət  günü  mənim
               ümmətimdən bir dəstəyə elə bir qanad verər ki, onunla onlar
               qəbirlərindən behiştdə doğru pərvaz edərlər və ürəkləri istəyən

               behişt  nemətlərindən  bəhrələnərlər.  Mələklər  onlardan
               soruşarlar:  "Hesab-kitab  üçün  sizi  saxlamadılar  ki?”  Onlar
               deyər:  "Bizdən  hesab  sormadılar.”  Yenə  soruşarlar:  "Sirat

               körpüsündən keçə bildinizmi?” Deyərlər: Biz sirat görmədik.
               Soruşarlar: Cəhənnəmi gördünüzmü? Deyərlər: Biz cəhənnəm,
               filan    görmədik.       Mələklər      yenə     soruşarlar:     Kimin

               ümmətindənsiniz? Deyərlər: Məhəmmədin (s) ümmətindənik.
               Mələklər onlara and verdirib soruşarlar ki, siz dünyada nə iş
               görmüsünüz,  ürəyinizdə  nə  olub  ki,  bu  cür  şərəfə  layiq

               görülmüşsünüz? Deyərlər: Bizim iki xislətimiz olub. Allah bu
   206   207   208   209   210   211   212   213   214   215   216