Page 234 - Islamic Studies 03
P. 234
Regionda vəhdətin önəmi/ (233
Mövləvi, Mir-Damad, Sədrül-Mütəəllihin və başqa bu kimi
mütəfəkkirlər tərbiyə olundu. Bu insanlar ayrı-ayrı məzhəblərə
mənsub olsalar da bütün ümmət və bəşəriyyətin faydalanacağı
fəaliyyətlər ortaya qoydular.
Yada salmalıyıq ki, İslam ümməti təkcə şiə və sünnülərdən
ibarət deyil. Bu böyük dində onlarla məzhəb var. Digər
tərəfdən, İslam tarixinə baxsaq bu vaxta qədər heç bir
mütəfəkkir digər mütəfəkkiri təkfir etməyib.
Qeyd edək ki, bəziləri də vəhdətin ideoloji bir hadisə olduğunu
düşünürlər. Vəhdəti ideoloji vəhdət, strateji vəhdət, taktiki
vəhdətə bölürlər. İdeoloji vəhdət deyəndə bütün əqidələrin
vahid baxışı nəzərdə tutulur.
Belə vəhdət adətən marksist məktəbinə bənzər ictimai
məktəblərdə özünü göstərir. Kommunist rejimi belə bir
vəhdətin üzərində işləyirdi. Strateji vəhdət əqidə üzərində
vəhdət deyil. Bu vəhdət əsasən hərəkət üsuluna aiddir.
Taktiki vəhdət isə ayrı-ayrı problemlərin həllində eyni şəkildə
hərəkət etməkdir. Müştərək düşməni olan insanlar nə qədər ki,
o düşməni məhv etməyib bu sayağı vəhdətdən bəhrələnirlər.
Bəs İmam Xomeyninin (r) nəzərdə tutduğu vəhdət hansı
vəhdət idi? Onu yuxarıda nəzərdən keçirdiyimiz hansı vəhdətə
aid etmək olar? İmamın sözlərindən aydın olur ki, imam siyasi
baxışlarda, ideoloji yanaşmalarda vəhdəti nəzərdə tutub.
İmamın vəhdətlə bağlı düşüncələrinə sadəcə söz kimi baxmaq
olmaz. İmam vəhdətə İslam ümmətinin həyatverici amili kimi