Page 235 - Islamic Studies 03
P. 235
234) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
baxırdı. İnqilabdan əvvəl və inqilabdan sonra bu prinsip
üzərində dayanır, ümmətin birliyinə çalışırdı.
Əgər ölkə daxilində siyasi partiyaların birliyini istəyirdisə,
ölkə xaricində İslam ölkələrinin birliyi üçün çalışırdı. Məlum
məsələdir ki, istər ölkə daxilində, istər ölkə xaricində ayrı-ayrı
qüvvələrin müştərək məqsədləri var.
Ortaya qoyulan ciddi suallardan biri bu idi ki, əgər İslam
ümməti birləşməsə İsraillə mübarizə aparmaq mümkündürmü?
Təkcə bu sualın cavabı sübuta yetirir ki, ayrı-ayrı müsəlman
dövlətlər və millətlər əl-ələ vermədən müştərək düşməni
zərərsizləşdirə bilməz.
İslamda vəhdətin əhəmiyyəti
İslam təlimlərində vəhdət və birlik ideyası onun əsasını təşkil
edən yalnız “tövhid” prinsipindən qaynaqlanmır. Bunu biz
bütün peyğəmbərlərin və səmavi kitabların çağırışında
müşahidə edə bilərik. Məsələn, İslamın qanun və
hökmlərindəki obyektivlik və onun müraciətlərindəki qeyd-
şərtsiz insan obrazı tamamilə bəhsimizə aydınlıq gətirir. Hətta
ibadətlərdəki formulu araşdıranda görürük ki, onlar yalnız
insanı oyadır, təfəkkürə çağırır. Onun inzibat və tərbiyəsində,
sadəliyə sövqü və nəfsi istəklərini cilovlamasında mühüm rol
oynayır. Demək, İslamın ibadətlər bölümü də vahid məqsədə
qulluq edir və onların bir dildə (ərəbcə) yerinə yetirilməsi də
vəhdət və birliyin nişanəsidir. (Ərəb dilinin vəhy üçün
seçilməsi onun inkişafı, potensiallığı və s. səbəbləri ola bilər.)