Page 108 - Islamic Studies 04
P. 108

Quranın reallıqlar ilə uyğunluq baxımından möcüzə olması (107


               yazıldığını iddia edirsinizsə, onda sizdə Quran kimi bir kitab
               yazın”.
                 Təbii ki, Peyğəmbərin (s.ə) sağlığından indiyə qədər Quran
               kimi və ya Qurana bənzər bir kitab yazmaq istəyənlərin sayı
               heçdə  az  olmayıb.  Amma  onların  cəhdi  puça  çıxıb  və  bu
               məntiqsiz addımları ilə özlərini gülünc vəziyyətə salıblar.
                 Allah  ayələrin  birində  həmin  insanlara  üz  tutaraq,  belə
               buyurur:
                 De:  “Əgər  insanlar  və  cinlər  bu  Qurana  bənzər  bir  şey
               gətirmək üçün bir yerə toplaşıb, bir-birinə kömək etsələr belə
               ona bənzərini gətirə bilməzlər”. 1
                 Diqqət etsək, görərik ki, Allah açıq şəkildə bütün insanlardan
               və hətta cinlərdən belə Qurana bənzər bir kitabın gətirmələrini
               istəyir. Allahın bu istəyinin mənası budur ki, əgər Quran Allah
               tərəfindən  yox,  insan  tərəfindən  yazılsa  idi,  Qurana  bənzər
               digər  bir  kitabın  yazılması  mümkün  olardı.  Əsrlərdir  ki,
               Allahın  bu  çağırışı  öz  yerində  qalıb,  amma  Allah  və
               Peyğəmbərə  (s.ə)  iftira  edənlər  nəinki  Quran  kimi  bir  kitab
               yaza bilməyiblər, heç Quran ayəsi kimi bir ayə də gətirməyə
               qüdrətləri olmayıb və ola da bilməz.
               Dağların hərəkət etməsi
                 Allah  Quranda  dağların  hərəkət  etməsi  barədə  bizə  xəbər
               verir. Bir qədər düşünsək, başa düşərik ki, on dörd əsir bundan
               qabaq  dağların  hərəkət  etməsini  heç  kim  kəşf  edə  bilməzdi.
               Çünki həmin dövrdə elm günümüzdəki kimi inkişaf etməmişdi
               və dağların hərəkət etməsini  sübut  etmək üçün kifayət  qədər
               imkanlar da yox idi. Amma Allah Quranda bu həqiqətə işarə
               edib,  dağların  hərəkət  etməsindən  danışır.  Diqqət  etsək,




                                                                                   İsra, 88. 1
   103   104   105   106   107   108   109   110   111   112   113