Page 109 - Islamic Studies 04
P. 109

108) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, Dördüncü buraxılış (Bahar-Yay/2023)

               görərik  ki,  Allah  bu  ayədə  açıq  şəkildə  dağların  hərəkətsiz
               olmadıqlarını və onların daim hərəkətdə olduqlarını açıqlayır.
                 Ona görə də Quranın belə bir mövzu haqqında danışması bir
               daha onu sübut edir ki, bu kitabda deyilənlərin hər biri reallıq
               ilə uyğundur.
                 Allah  Peyğəmbərə  (s.ə)  xitab  edərək,  belə  buyurur:  Sən
               dağlara  baxıb  onları  hərəkətsiz  durmuş  güman  edərsən,

               halbuki onlar bulud keçdiyi kimi keçib gedərlər. Bu, hər şeyi
               kamil  şəkildə  edən  Allahın  işidir.  Şübhəsiz  ki,  O,
                                               1
               etdiklərinizdən xəbərdardır.
                 Dağların  bu  hərəkəti  üzərində  dayandıqları  Yer  qabığının
               hərəkətindən  meydana  gəlir.  Yer  qabığı  özündən  daha  çox
               qalın  olan  mantiya  təbəqəsinin  üstündə  sanki  üzür.

               İlk dəfə XX əsrin əvvəllərində Alfred Veqner adlı alman alimi
               Yer kürəsindəki qitələrin dünyanın yaradıldığı ilkin dövrdə bir
               yerdə  olduqlarını,  onların  sonradan  ayrılaraq  müxtəlif
               istiqamətlərə       doğru      uzlaşdıqlarını      iddia      etmişdi.

               Ancaq  geoloqlar  Veqnerin  iddiasının  doğruluğunu  onun
               ölümündən yalnız 50 il sonra, yəni 1980-ci illərdə başa düşə
               bildilər.

               Veqner 1915-ci ildə dərc olunan bir məqaləsində qeyd edirdi
               ki, Yer kürəsinin quru hissələri təxminən 500 milyon il əvvəl
               bir-birinə bitişik idilər. Pangeya deyilən bu böyük quru hissəsi
               Cənub                       qütbündə                        yerləşirdi.

               Təxminən  180  milyon  il  əvvəl  Pangeya  iki  yerə  ayrılıb.
               Müxtəlif istiqamətlərə ayrılan bu iki nəhəng qitədən birincisi
               özündə  Afrika,  Avstraliya,  Antarktika  və  Hindistanı  ehtiva

                                                                                  Nəml, 88. 1
   104   105   106   107   108   109   110   111   112   113   114