Page 110 - Islamic Studies 04
P. 110
Quranın reallıqlar ilə uyğunluq baxımından möcüzə olması (109
edən Qondrana idi. İkincisi isə Avropa, Şimali Amerika və
Hindistan istisna olmaqla Asiyadan ibarət Lavrasiya idi.
Bu bölünmədən sonra təxminən 150 milyon il ərzində
Qondrana və Lavrasiya müxtəlif dövrlərdə daha kiçik hissələrə
ayrıldılar.
Pangeyanın hissələrə bölünməsi ilə ortaya çıxan bu qitələr
quru və dəniz arasında ildə bir neçə santimetrlik
uzaqlaşmalarla Yer üzərində bir-birindən davamlı olaraq
uzaqşırlar.
Yer qabığının XX əsrin əvvəllərində aparılmış geoloji
tədqiqatlar nəticəsində kəşf edilən bu hərəkəti elmi əsərlərdə
belə izah edilir: Yer qabığı və yuxarı mantiyadan meydana
gələn 100 km qalınlığındakı Yerin üst qatı «təbəqə» deyilən
hissələrdən təşkil edilmişdir.
Dünyanın səthini təşkil edən 6 böyük təbəqə və saysız-
hesabsız kiçik təbəqələr mövcuddur. «Təbəqə tetonogiyası»
deyilən nəzəriyyəyə görə, bu təbəqələr qitələri və okean
tabanını da özü ilə apararaq dünya üzərində hərəkət edir…
Qitələrin hərəkətinin ildə 1-5 sm arasında olması dəqiq şəkildə
hesablanıb. Təbəqələr bu cür hərəkət etdikcə dünyanın
coğrafiyasında da dəyişikliklər meydana gəlir. Məsələn,
Atlantik okeanı hər il bir az genişlənir.
Burada qeyd edilməsi vacib olan bir məsələ də budur: Allah
dağların hərəkət etdiyini ayədə «keçib getmə» olaraq bildirib.