Page 111 - Islamic Studies 04
P. 111

110) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, Dördüncü buraxılış (Bahar-Yay/2023)

               Həmçinin  alimlərin  bu  gün  bu  hərəkəti  ifadə  etmək  üçün
               ingilis  dilində  işlətdiyi  «shteştutefd  vkşae»  kəlməsinin  də
               tərcüməsi                   «qitələrin                 sürüşməsi»dir.

               Qitələrin  bir-birindən  ayrılması  Quranın  göndərildiyi  dövrdə
               müşahidə edilə bilməyən bir məsələdir. Allah ayədə bildirilən
               «dağlara  baxıb  onları  donmuş  zənn  edərsən»  ifadəsi  ilə

               insanların  bu  məsələni  necə  dəyərləndirdiyini  əvvəlcədən
               xəbər verib. Ancaq ayənin davamı ilə bir həqiqəti də açıqlayıb
               və  dağların  buludların  keçdiyi  kimi  keçib  getdiyini  xəbər
               verib.

               Göründüyü kimi, ayədə dağların yerləşdiyi təbəqənin hərəkət
               etməsinə aydın şəkildə diqqət yetirilir. Elmin yeni kəşf etdiyi
               bu  həqiqətin  Quranda  bildirilməsi  şübhəsiz  ki,  Quranın
               möcüzələrindən  biridir.  Eyni  zamanda  da  Quranın  dağların
               hərəkəti barədə söylədikləri həqiqiətlər bir daha onu sübut edir
               ki,  bu  müqəddəs  kitabda  danışılanların  hamısı  reallıq  ilə
               uyğundur.
               Yağışın meydana gəlməsi
                 Uzun illər boyu yağışın necə yaranması insanlar üçün bir sirr
               idi.  Onlar  yağışın  necə  əmələ  gəlməsi  barədə  çox  sayda
               tədqiqatlar  etsələr  də,  heç  bir  nəticə  əldə  edə  bilmirdilər.
               Zaman  keçdi  və  meteoroloji  radarların  ərsəyə  gəlməsi  ilə,
               nəhayət ki, yağışın yaranma prosesini başa düşə bildilər.
                 Yağış  üç  mərhələdən  keçərək  əmələ  gəlir.  Əvvəlcə  yağışın
               "xammalı"  külək  vasitəsi  ilə  havaya  qalxır,  sonra  buludlar
               meydana  gəlir,  nəhayət,  sonda  yağış  damcıları  ortaya  çıxır.
               Quranda  yağışın  əmələ  gəlməsi  ilə  əlaqədar  söylənənlər  isə
               bütövlükdə  bu  proseslərin  mahiyyətini  açıqlayır.  Bir  ayədə
               yağışın yaranması prosesi haqqında belə məlumat verilir:
   106   107   108   109   110   111   112   113   114   115   116