Page 112 - Islamic Studies 04
P. 112
Quranın reallıqlar ilə uyğunluq baxımından möcüzə olması (111
"Buludları hərəkətə gətirən, küləkləri göndərib onları göy
üzündə istədiyi kimi yayan və topa-topa edən Allah`dır. Artıq
buludların arasından yağış çıxdığını görürsən. Onu (yağışı)
1
bəndələrindən istədiyinə verən kimi onlar sevinərlər".
İndi isə bu ayədə ifadə edilən üç mərhələni araşdıraq:
1-ciI mərhələ. "Allah küləkləri göndərir..." Okeanlardakı
suyun köpüklənməsi nəticəsində əmələ gələn saysız hava
qabarcıqları davamlı şəkildə ortaya çıxdıqda su zərrələri
mütəmadi olaraq havada fırlanır. Duzlarla zəngin olan bu su
zərrələri daha sonra küləklər vasitəsilə yuxarıya - atmosferə
doğru yol alır. Aerozol adlandırılan bu kiçik su zərrələri
dənizlərdən qalxan su buxarını "su tələsi" adı verilən bir
mexanizmlə öz ətrafında kiçik damcılar halında toplayaraq
bulud topalarını əmələ gətirir.
2-ci mərhələ. "...Buludları hərəkətə gətirər, onları göy üzündə
istədiyi kimi yaradar və topa-topa edər..." Duz kristallarının və
yaxud da havadakı toz zərrəciklərinin ətrafında sıxlaşan su
buxarı sayəsində buludlar əmələ gəlir. Bunların içindəki su
damcıları çox kiçik (0,01 və 0,02 mm) olduğuna görə, onlar
havadan asılı qalır və havaya yayılırlar. Beləcə, göy buludlarla
örtülür.
3-cü mərhələ. "...Artıq buludların arasından yağış çıxdığını
görürsən".
Duz kristalları və toz zərrəcikləri ətrafında yığılan su
damcıları artıb qalınlaşaraq yağış damcılarını əmələ gətirirlər.
Beləcə, havada daha da böyüyən və ağırlaşan damcılar
buluddan ayrılaraq yağış şəklində yerə düşməyə başlayır.
Rum, 48. 1