Page 113 - Islamic Studies 04
P. 113
112) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, Dördüncü buraxılış (Bahar-Yay/2023)
Göründüyü kimi, yağışın əmələ gəlməsinin hər bir mərhələsi
Quran ayələrində aydın şəkildə təsvir olunub. Həm də bu
mərhələlər elmi mənbələrdəki mərhələlərə uyğun olaraq
açıqlanıb. Dünyadakı əksər təbii hadisələrdə olduğu kimi, bu
məsələdə də Allah ən doğru olanı açıqlamış, həm də bunu elmi
kəşflərdən əsrlərlə əvvəl Quran vasitəsilə insanlara
çatdırmışdır.
Başqa bir ayədə isə yağışın əmələ gəlməsi haqda bu
məlumatlar verilir:
"Məgər görmürsənmi ki, Allah buludları qovur, sonra onları
bir-birinə qovuşdurur, sonra da onları bulud topasına çevirir.
Sən onun arasından yağmur çıxdığını görürsən. Allah göydən,
oradakı dağlar kimi buludlardan dolu yağdırır. Sonra da onunla
istədiyini vurur, istədiyindən də onu uzaq edir. Buludların
1
şimşəyinin parıltısı az qalır ki, gözləri kor etsin".
Buludların tiplərini öyrənən alimlər yağışın əmələ gəlməsi ilə
bağlı heyrətamiz nəticələr əldə ediblər. Yağış buludları
müəyyən bir sistem və mərhələ daxilində əmələ gəlir və öz
formasını alır. Yağış buludlarından biri olan kümülonimbus
növlü buludların əmələ gəlməsi prosesinin elmi izahı aşağıdakı
kimidir:
1-ci mərhələ. Qovulma: buludlar olduqları yerdən küləklər
tərəfindən tərpədilərək qovulurlar.
2-ci mərhələ. Toplanma: külək tərəfindən qovulan bu kiçik
buludlar (kümülonimbus) qovulduqları başqa yerdə toplanıb
yeni böyük buludları əmələ gətirirlər.
3-cü mərhələ. Yaranma: kiçik buludlar birləşəndən sonra
böyük buludun içindəki yuxarı çəkmək gücü çoxalır. Buludun
mərkəzindəki yuxarı çəkmə gücü kənarlardakı analoji gücdən
daha çoxdur. Bu yuxarı çəkmələr buludun gövdəsindən
başlayaraq yuxarı istiqamətə doğru böyüməsinə səbəb olur.
Nur, 43 . 1