Page 114 - Islamic Studies 04
P. 114

Quranın reallıqlar ilə uyğunluq baxımından möcüzə olması (113


               Bununla da buludlar yuxarı tərəfə genişlənərək üst-üstə yığılır.
               Bu  da  yuxarı  tərəfə  doğru  böyüyən  buludun  gövdəsinin
               atmosferin  daha  sərin  yerlərinə  tərəf  uzanmasına  səbəb  olur.
               Bu nöqtədə  atmosferin sərin qatlarındakı buludda olan  su və
               dolu  damcıları  böyüməyə  başlayır.  Bu  mərhələlərin
               nəticəsində  su  və  dolu  damcıları  yuxarı  çəkilmə  gücünün
               onları  dəstəkləyə  bilməyəcəyi  qədər  ağırlaşdığı  vaxt
               buludlardan yağış, dolu və s. yağmağa başlayır.
                 Unutmaq  olmaz  ki,  meteoroloqlar  buludun  əmələ  gəlməsi,
               strukturu  və  funksiyası  ilə  bağlı  proseslərin  bütün
               təfərrüatlarını yalnız son dövrlərdə, özü də son dövrün inkişaf
               etmiş  elmi-texniki  nailiyyətlərindən  (təyyarə,  süni  peyklər,
               kompyuter və s.) istifadə etməklə öyrəniblər. Amma nəzərdən
               qaçırılmamalıdır ki, bütün bunlar barədə hələ 1400 il bundan
               əvvəl Allahın bu ayələrində məlumat verilmişdi.
               Barmaq izlərindəki " Şəxsiyyət vəsiqəsi"
                 Quranda  insanları  ölümündən  sonra  diriltmənin  Allah  üçün
               çox  asan  olduğu  bildirilir  və  bu  zaman  insanların  xüsusilə
               barmaqlarının uclarına diqqət yetirilir.
                 Əzəli  və  əbədi  yaradanımız  olan  Allah  belə  buyurur:  İnsan
               elə  zənn  edir  ki,  Biz  onun  sümüklərini  bir  yerə  yığa
               bilməyəcəyik?  Bəli,  biz  onun  barmaq  uclarını  da  (yenidən)
                                      1
               düzəltməyə qadirik.
                 Ayədə  barmaq  uclarının  vurğulanması  son  dərəcə
               hikmətamizdir. Çünki bütün insanların barmaq izləri tamamilə
               bənzərsiz və təkrarsız, tamamilə özünəməxsusdur. Yer üzündə
               yaşayan  hər  bir  insanın  barmaq  izi  digər  insanın  barmaq
               izindən  fərqlənir.  Bundan  başqa,  tarix  boyunca  yaşamış
               insanların  barmaq  izləri  də  bir-birindən  fərqlidir.  Həmçinin


                                                                               Qiyamət, 3 - 4. 1
   109   110   111   112   113   114   115   116   117   118   119