Page 115 - Islamic Studies 04
P. 115
114) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, Dördüncü buraxılış (Bahar-Yay/2023)
eyni DNT düzülüşünə malik olan və eyni yumurtadan yaranan
əkizlər də fərqli barmaq izlərinə sahibdir.
Barmaq izi doğuşdan əvvəl dölün üzərində son şəklini alır və
barmaq onun dəri strukturunu deformasiyaya uğradaraq
tamamilə sıradan çıxaran yara almasa, bu izlər ömür boyu
sabit qalır. Buna görə də insanlar barmaq izlərini öyrənən
elmdən hansısa bir şəxsi müəyyənləşdirmək məqsədilə istifadə
edirlər. Bu elm həmin izləri müəyyənləşdirməkdə əsas
vasitədir.
Burada ən mühüm məsələ barmaq izlərinin
özünəməxsusluğunun yalnız XIX əsrin axırlarında kəşf
edilməsidir. Ondan əvvəl insanlar barmaq izlərini heç bir
xüsusiyyəti və mənası olmayan cizgilər kimi qəbul edirdilər.
Quranda isə o dövrdə heç kimin ağlına gəlməyən barmaq
izlərindən bəhs olunur və bu izlərin ancaq zamanımızda qeyd
edilən əhəmiyyətinə diqqət yetirilir.
Peyğəmbərin (s.ə) zamanında yaşayan insanlar üçün barmaq
izlərinin heç bir əhəmiyyəti yox idi. Onlar barmaq izlərinə
diqqət etsələr də, bu izlər onlar üçün heç bir əhəmiyyət
daşımırdı. 1856-cı ildə İngiltərəli bir alim hər insanın barmaq
izinin özünə məxsus olduğunu kəşf etdi. Qeyd olunan tarixə
qədər insanlar barmaq izlərinin bu xüsusiyyətə malik
olduğundan xəbərsiz idilər. Alimlər bütün insanların barmaq
izlərinin fərqli və özünə məxsus bir izə sahib olduğunu kəşf
edəndən sonra, hər bir insanın barmaq izi, onun şəxsiyyət
vəsiqəsinə çevrildi. Zaman keçdi və polislər cinayətkarları
tapmaq və ya naməlum vəziyyətə düşmüş cəsədlərin
şəxsiyyətini müəyyən etmək üçün barmaq izlərindən istifadə
etməyə başladılar. Hər bir insanın, hətta əkizlərin belə barmaq
izləri fərqli olduğu üçün, onları dəyişdirmək mümkün deyil və
hər bir insanın barmaq izi, əslində onun imzasıdır.