Page 116 - Islamic Studies 04
P. 116

Quranın reallıqlar ilə uyğunluq baxımından möcüzə olması (115


                 Əzəmətli yaradanımız olan Allah, on dörd  əsr bundan öncə
               insanların  barmaq  izləri  haqqında  müqəddəs  Quranda  xəbər
               verib və bu xəbər bir daha onu sübut edir ki, Quranda danışılan
               bütün xəbərlər real məlumatlardan ibarətrdir.
               Yerin kürə şəklində olması
                 Əsrlər  boyu  insanlar  yer  kürəsinin  forması  barədə  fərqli
               fikirdə  olublar.  Bəzi  alimlər  yerin  dairəvi,  bəziləri  isə  düz
               olmasına inanırdılar. Uzun illər keçdi və bir neçə əsr bundan
               qabaq  alimlər  məntiqi  və  elmi  dəlillərə  əsaslanaraq,  yer
               kürəsinin kürə şəklində olduğunu sübut edə bildilər.
                 Zaman keçdi, texnologiya inkişaf etdi və insan kosmosa ayaq
               qoymağa başladı. Kosmosdan yerin kürə şəklində olduğu çox
               aydın şəkildə bəlli olurdu.
                 Əgər  Quranı  mütaliə  etsək,  yerin  kürə  şəklində  olduğunu
               sübut edən ayələrə rast gələ bilərik.
                 Misal  üçün  Allah  Quranda  buyurur:  Allah  göyləri  və  yeri
               haqq  ilə  yaratdı.  O,  gecəni  gündüzə,  gündüzü  də  gecəyə
               bürüyür. Günəşi və ayı da (sizə) ram etdi. Hər biri müəyyən bir
               müddətə  qədər  (öz  orbitində)  hərəkət  edir.  Bilin  ki,  O,
                                                                   1
               yenilməz qüvvət sahibidir, çox bağışlayandır.
                 Diqqət  etsək,  görərik  ki,  ayədə  “Bürüyür”  sözü  işlədilib.
               Ərəb  dilində  “Bürüyür”  sözü  “  Yukəvviru”  olaraq  işlənir  və
               ərəblər bu sözü başa əmmamə bükmək üçün də işlədirlər. Yəni
               necə ki, insanın başı dairəvidi, yer kürəsi də dairəvidir və bu
               baxımdan da Allah yer kürəsi üçün də ayədə “ Bürüdü” sözünü
               işlədib.
                 Yerin  kürə  şəklində  olduğuna  dəlalət  edən  digər  ayələr  isə
               aşağıdakılardan ibarətdir.




                                                                                 Zümər, 5 . 1
   111   112   113   114   115   116   117   118   119   120   121