Page 117 - Islamic Studies 04
P. 117
116) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, Dördüncü buraxılış (Bahar-Yay/2023)
Və həmişə zəif və aciz dəstəni o torpaqların çox xeyir-
1
bərəkətli etdiyimiz şərq və qərblərinin varisi təyin etdik.
Göylərin, yerin və onların arasında olanların Rəbbidir.
2
Məşriqlərin Rəbbidir.
3
And olsun məşriqlərin və məğriblərin Rəbbinə, biz qadirik.
Ayələr hamısı məşriq və məğriblərin (günçıxan və
günbatanların) birdən çox olduğunu göstərir. Bu da təbii ki,
yerin kürəvi olmasına dəlalət edir. Çünki yer hamar və düz
şəkildə olsaydı dünyanın bir şərqi və bir də qərbi olardı. Yer
yalnız kürəvi olduğu təqdirdə əyriliyi ilə mütənasib olaraq hər
nöqtəsinin ayrı-ayrılıqda şərq və qərbi olacaqdır. Bu da,
günəşin onun bir nöqtəsində doğması digər nöqtəsində batması
deməkdir. Deməli, ayələrdəki məşriq və məğribin çoxluğu
Yerin kürə şəklində olmasına əyani sübutdur.
Məsum imamların (ə) hədislərində, o cümlədən İmam
Sadiqdən (ə) nəql olunan hədisdə, yerin kürəvi olmasını aydın
şəkildə anlamaq olar. Hədislərin birində imam Sadiq (ə)
buyurur:
“Səfərlərimin birində bir kişi mənimlə yol yoldaşı oldu. O,
həmişə məğrib namazını gecənin qaranlığında və sübh
namazını tam qaranlıqda (gecənin axırında) qılırdı. Amma
mən onun əksinə olaraq günəş qürub edəndə məğrib namazını
qılırdım. Fəcr doğanda isə sübh namazını yerinə yetirirdim.
Həmin kişi məndən onun kimi etməyimi istədi. O, öz əməlini
belə izah edirdi: "Gün bizim torpağımıza doğmazdan öncə
başqalarının torpağına doğur. Bizim yerlərdən batandan sonra
hələ də başqalarına nur saçır”.
İmam Sadiq (ə) buyurur ki, mən cavabında dedim: Bizim
vəzifəmiz budur ki, günəş bizim üfüqdə batdığı zaman məğrib
Əraf, 137 . 1
Saffat, 5 . 2
Məari c, 40 . 3