Page 118 - Islamic Studies 04
P. 118

Quranın reallıqlar ilə uyğunluq baxımından möcüzə olması (117


               namazını  qılaq.  Günəşin  digər  nöqtələrdə  də  batdığını
               gözləməməliyik. Fəcr doğan zaman sübh namazını qılmalıyıq,
               baxmayaraq ki, günəş hələ digər yerlərdə doğmuşdur. Belə ki,
               həmin nöqtələrdə yaşayan insanlar öz namazlarını fəcr doğan
               zaman  və  günəş  batan  zaman  öz  üfüqləri  ilə  yerinə
               yetirməlidirlər.                                                      1
               Bu həqiqəti İmam (ə) digər bir hədisdə belə bəyan edir: "Sən
               məntəqənin məşriq və məğribini öz əməlin üçün meyar qərar
               verməlisən."
               Bu ayə və hədislərin hər biri Yerin kürəvi şəklində və Quranın
               reallıqlar ilə uyğun olmasını sübut edir.
                İnsanın Su və Torpaqdan yaradılması
                 Allah-tala  insanların  yaradılışında  istifadə  olunan    ilkin
               materialların su və torpaq olduğunu bildirir. Qurana müraciət
               etsək, görərik ki, bəzən həmin maddələr ayrılıqda zikr olunur.
               İnsanın  yaradılışı  haqqında  danışılanda,  bəzən  onun  sudan,
               bəzən  isə  gildən  yaradılması  açıqlanır.  Necə  ki,  Allah
               Muminun surəsində buyurur: Həqiqətən, Biz insanı süzülmüş
                                     2
               palçıqdan yaratdıq.
                 Kimya və biologiya elminin inkişaf etdiyi bir əsrdə, insan və
               torpaq,  eləcə  də  onların  arasındakı  oxşar  cəhətlər  sahəsində
               elmi tədqiqat və araşdırmalar aparılmağa başlandı.
                 Bu  tədqiqatlar  nəticəsində  məlum  oldu  ki,  insan  və
               torpaqdakı materiallar, bir-birinə çox oxşardır. Belə ki, insan
               bədəninin % 61-nı oksijen, %18-nı karbon, % 10-nı hidrojen,
               % 3-nı azot, % 1.5-nı kalsiumn, % 1-nı fosfor  və geridə qalan
               digər hissələrini  isə başqa elementlər təşkil edir.





                                                                 Vəsailuş - şiə,cild 1, səh 237 . 1
                                                                              Muminun, 12 . 2
   113   114   115   116   117   118   119   120   121   122   123