Page 167 - Islamic Studies 04
P. 167

166) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)

               Beş mərhələli hərəkət və nəticə
                   İnsan  məchulla  üzləşdikdə  onu  məluma  çevirmək  üçün
               zehnini hərəkətə gətirir. Bəzən bu hərəkət qısa bir anda, bəzən
               isə  uzun  zaman  ərzində  sona  çataraq  nəticə  verir.  Buradakı
               hərəkət kompüterdəki ixtiyarsız, iradəsiz, şüursuz şəkildə olan
               passiv  fiziki  yerdəyişmə  ilə  baş  verən  hərəkətdən  fərqlənir.
               Zehnin bu işi, onun öz fəzasına uyğun mərhələləri keçməklə

               həyata  keçir.    Zehin  də  hər  hansı  bir  məchulu  məluma
               çevirmək  üçün  müəyyən  mərhələləri  qət  edərək  məluma
               yetişir.  Amma  bu  hadisə  qısa  zaman  kəsiyində  baş  verdiyi
               üçün  bizə  elə  gəlir  ki,  məchul  birbaşa  məlumdan  alınır.  Bu
               təhlildə  məqsəd  belə  bir  sualı  cavablandırmaqdır:  nə  üçün
               zehin  də  kompüter  kimi  müəyyən  mərhələləri  keçdiyi  halda,
               kompüterin əksinə olaraq, səhvlərə yol verir?
                 Cavab:  Kompüter  iki  prinsip  etibarilə  zehindən  fərqlənir.
               Birincisi  budur  ki,  kompüterin  iradəsi  yoxdur.  Apardığı  hər
               əməliyyat və aldığı nəticə icbari şəkildə həyata keçir. İkincisi,
               kompüterin "təfəkkür hərəkəti" zahirdə zehnin canlı və mənəvi
               hərəkəti  kimi  görünsə  də,  əslində, mexaniki  hərəkətdir. Yəni
               kompüterin  "təfəkkürü"  elektronların  mexaniki  hərəkətindən
               başqa  bir  şey  deyil.  Amma  zehnin  təfəkküründə  beyin
               hüceyrələri  mexaniki  hərəkətə  gəlsə  də,  bununla  bərabər,
               ruhda da dəyişikliklər baş verir. Bunun da isbatını fitri olaraq
               belə  vermək  olar:  bu,  "hüzuri  elm”in  vasitəsi  ilə  baş  verir.
               Yəni insan qəlbən və öz-özlüyündə hiss edir ki, onun ruhunda
               da dəyişikliklər özünü göstərir.
                 Bu iki fərqi nəzərə alsaq, məlum olur ki, "kompüter zehni"
               hərəkət edən zaman onun hərəkət yolu üzərində heç bir maneə
               və  hərəkətə  təsir  edən  kənar  bir  qüvvə  olmur.  Məlumdur  ki,
               maneə  olmadıqda  məqsədə  çatmaq  da  mütləqdir.  Amma
               zehnin  işinə  təsir  göstərən  amillərdən  ən  əsası  olan  nəfs,
   162   163   164   165   166   167   168   169   170   171   172