Page 168 - Islamic Studies 04
P. 168

Dinə söykənən əxlaq/ (167


               adətən, təfəkkürün yoluna sədd çəkir. Bu da çox zaman alınan
               nəticələrə bilavasitə öz təsirini göstərir.
                   Ümumi  şəkildə  qeyd  edək  ki,  təfəkkür  dörd  formada  baş
               verir; "mücərrədləşdirmə", "tərif", "bölgü" və "əqli nəticə" ...
               və məntiqin elə əsas xətti də bu dörd istiqamətdədir. İndi isə
               qeyd etdiyimiz beş mərhələnin izahına diqqət yetirək:

               Birinci mərhələ: məchul obyekt, iradə və gərginlik.
               Zehin  hər  hansı  bir  obyekti  məchul  kimi  qarşılamalıdır  ki,
               insanda bu məchulu məluma çevirmək iradəsi yaransın. Bəzən
               insan  həqiqətdə  məchulla  üzləşdiyi  halda,  həmin  mövzuya
               etinasız yanaşdığından, onda bu sualla bağlı "cəhalət" halından
               çıxaraq  "elm"ə  yiyələnmək  istəyi  oyanmır.  Amma  cəhalət
               halından  çıxaraq  elmə  yiyələnmək  iradəsi  yaranan  zaman
               zehnin  aldığı  vəziyyət  dayandığı  yerdən  hərəkətə  başlayan
               avtomobilin  vəziyyətinə  bənzəyir.  Mühərriki  işlək  halda
               hərəkətsiz  qalan  avtomobil,  yerində  işlədiyi  kimi,  insan  da
               məchulla  üzləşdikdə  əgər  onu  məluma  çevirməyə  iradə
               göstərsə,  onun  zehnində  gərginlik  əmələ  gəlir.  Bu  gərginlik
               insanın  məchulu  məluma  çevirmək  istəyindən  törəyir  və
               yuxarıda qeyd etdiyimiz kimi, həm insanın beynində, həm də

               ruhunda özünü göstərir. Onu da qeyd edək ki, bu mərhələ insan
               əxlaqına  da  təsir  göstərir.  Belə  ki,  bəzən  insan  özünü,  ona
               məlum  olmayan  bir  şey  qarşısında  təkəbbürlülük,  inadkarlıq,
               təəssübkeşlik və s. üzündən alim kimi göstərir. Bu da sonrakı
               mərhələlərin  icrasının  qarşısını  alır,  yəni  belə  insan  üçün
               məsələ həll olunmadan həll olunmuş kimi qəbul olunur.
               İkinci mərhələ: məchulun növü.
                 Məchulu  məluma  çevirmək  istəyindən  sonra  mütləq
               məchulun növü aydınlaşmalıdır, yoxsa onu məluma çevirmək
   163   164   165   166   167   168   169   170   171   172   173