Page 169 - Islamic Studies 04
P. 169

168) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)

               mümkün deyil. Yəni məchulun hansı elmlə və hansı sahə ilə
               bağlı olduğu aydınlaşdırılmalıdır.
               Üçüncü mərhələ: hərəkət.
                Yəni zehnin məsələni həll etməkdən ötrü münasib məlumatlar
               seçmək üçün ana məlumatlar məkanına daxil olması. Hər bir
               sahə     ilə   bağlı    məlumatlar       beyində     qrup     şəklində
               toplandığından,  zehin müvafiq qrupa daxil olmalıdır.

               Dördüncü mərhələ: axtarış.
                 Bu  mərhələ  zehnin  ən  çətin  keçdiyi  mərhələdir.  Çünki
               məchul  üçün  hər  məlumatı  seçmək  olmaz.  Saysız  zehni
               məlumatlar       arasından     münasib      məlumat      seçilməlidir.
               Məchulla,  onu  həll  etmək  üçün  seçilən  məlumatlar  arasında
               uyğunluq  olmalıdır.  Bu  uyğunluğu  düzgün  seçməmək,
               nəticənin  yanlış  olmasına  səbəb  olur.  Bəzən  zehin  bu
               mərhələdə  saatlar  və  günlər  keçirir.  Bəzən  də  bunu  bir  anda
               başa vurur. Bu da məchulun növündən, zehnin gücündən və s.
               amillərdən asılı olur.
               Beşinci mərhələ: qruplaşdırma.
                  Zehnin  məlumatlar  məkanından  xaric  olaraq,  həmin
               məlumatları  qruplaşdırıb  nəticəyə  çatması.  Misal:  "Aləm
               əzəlidir, yoxsa sonra yaranıb?" Bu məchul yuxarıda dediyimiz
               dörd  təfəkkür  formasından  dördüncüsü  ilə  bağlıdır.  Yəni
               təfəkkürün  "əqli  nəticə"  formasıdır.  Bu  suala  uyğun  olaraq,
               zehnin  yuxarıdakı  beş  mərhələli  hərəkətinə  baxaq:  Birinci
               mərhələdə  bu  sual  bizim  üçün  məchuldursa,  onu  məluma
               çevirmək  istəyəcəyik.  Bundan  sonra  ikinci  mərhələdə  bu
               sualın hansı elmə aid olduğunu aydınlaşdırırıq və əqli elmlərlə
               bağlı olduğunu görürük. Üçüncü mərhələdə sualımız əqli sual
               olduğundan,  aydındır  ki,  zehnimizdə  əqli  elmlərlə  bağlı
               məlumatlar ön plana keçir və zehin bu məlumatlar məkanına
               daxil  olur.  Dördüncü  mərhələdə  zehnimiz  bu  sualı
               cavablandırmaq  üçün  daxil  olduğu  məlumatlar  arasında
   164   165   166   167   168   169   170   171   172   173   174