Page 170 - Islamic Studies 04
P. 170

Dinə söykənən əxlaq/ (169


               gəzərək  axtarış  aparır  və  "Aləm  dəyişkəndir",  "Bütün
               dəyişkənlər  sonradan  yaranır"  -  kimi  münasib  məlumatları
               seçərək  oradan  xaric  olur.  Nəhayət,  beşinci  mərhələdə
               zehnimiz  bu  iki  məlumatı  "Aləm  dəyişkəndirsə  və  bütün
               dəyişkənlər  sonradan  yaranırsa"  -  kimi  qruplaşdıraraq
               "Deməli, aləm sonradan yaranıb" - nəticəsini alır.
                 Bir daha qeyd edək ki, hər hansı bir sahədəki təfəkkür dörd
               formada  ola  bilər:  ya  hər  hansı  bir  ümumi  məfhumun
               yaradılması, ya həmin  məfhumun  mahiyyətinin  düzgün ifadə
               edilib,  ona  tərif  verilməsi,  ya  həmin  məfhumun  xarici
               nümunələri  üzərində  düzgün  bölgü  aparılması,  ya  da  ağıl
               vasitəsi  ilə  bu  məfhumla  bağlı  hər  hansı  bir  hökmün  ələ
               gətirilməsi  zamanı.  Təfəkkürün  bu  formalarından  birincisi
               "mücərrədləşdirmə",  ikincisi  "tərif",  üçüncüsü  "bölgü",
               dördüncü  isə  "əqli  nəticə"  adlanır.  Bunlardan  birincisini
               çıxmaq  şərti  ilə,  hər  birində  yuxarıda  qeyd  edilən  beş
               mərhələdən  keçməmiş  nəticə  almaq  olmaz.  Çünki  birinci
               təfəkkür  forması  olan  mücərrədləşdirmə  ümumi  xarakter
               daşıyır,  belə  ki,  zehin  qarşılaşdığı  bir  neçə  əşyadan,  sadə
               təfəkkür  sayəsində  müəyyən  bir  məfhum  ala  bilər.  Bir  az
               diqqət  etməklə  zehnin,  qalan  üç  təfəkkür  formasında,
               həqiqətən  də,  bu  mərhələləri  qət  edərək  nəticəyə  çatmasını
               hamımız təsdiqləyə bilərik.
                 Sonda  bir  məsələyə  aydınlıq  gətirməklə  bəhsimizi
               yekunlaşdırırıq.  O  da  bundan  ibarətdir  ki,  bir  qrup  insanlar
               qeyd  etdiyimiz  məsələdən  müstəsnadırlar.  Yəni  belə  insanlar
               nəticəyə yetişmək üçün heç də bu "beş mərhələ"ni qət etmirlər,
               əksinə,  onlar  nəticəni  birbaşa  əldə  edirlər.  Belə  şəxslər
               aşağıdakılardır:
   165   166   167   168   169   170   171   172   173   174   175