Page 171 - Islamic Studies 04
P. 171

170) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)

                a)  Peyğəmbərlər  (s)  və  imamlar  (ə).  Çünki  onlar  İlahi
                                                          1
               ilhama, vəhy idrakına, "lədunni elm”ə  malikdirlər.
                b) Ariflər. Onlar Allah dostları; bütün şirk növlərindən uzaq
               olan  şəxslər;  tövhidin  ən  ali  məqamına  yetişənlərdir. Ariflər,
               bəzi  həqiqətləri    “hüzuri  idrak''  ilə  dərk  edirlər,  yəni
               həqiqətlərin  özünü  dərk  edirlər;  haqqında  danışdığımız  beş
               mərhələ mövzusu isə "hüsuli" idraklar qrupuna aiddir.

                " Hüsuli " idraka malik olanlar isə alim adlanırlar.
                  c) Güclü, qeyri-adi əqli qüvvəyə malik olan insanlar. Belə
               insanlar üçüncü və dördüncü mərhələyə ehtiyac duymurlar. Bu
               cür  təfəkkür  bəzən  hər  insanda  baş  verir  və  bunun,  bir  növ,
               ilhama yaxın olduğunu söyləmək olar. Onun ali forması, qeyd
               etdiyimiz kimi, öncə peyğəmbərlərdə (s), sonra imamlarda (ə),
                                               2
               daha sonra isə ariflərdə olur.
                Təfəkkür  haqqında müəyyən bir  anlayış  əldə  etdikdən  sonra
               idrak prosesinin də baş verməsi haqda məlumat verməyi zəruri
               hesab edirik.


               İdrak və biliklər sistemi
                "Varlıq" məfhumu zehni baxımdan hər şeydən aşkar, həqiqəti
               isə nəhayətsiz dərəcədə gizlidir. Bu, özünü filosofların varlıq
               haqqında tədqiqatlarında da dolğun ifadə edir.
                "İdrak"  məfhumu  da  varlıq  kimi  aşkardır.  İdrak,  yaxud  elm
               cəhalət müqabilində duran, aydın başa düşülən, amma həqiqəti
               isə,  alimlərin  nəzərincə,  hələ  də  insana  tam  şəkildə  məlum
               olmayan  çox  böyük  sirlərdəndir.    Allah-Taala  Quranda  "ət-
               Təkasur"  surəsinin  3-7-ci  ayələrində  idrakın,  elmin  müxtəlif
               növ və dərəcələrinə işarə edərək buyurur:
               "Xeyr! Siz (əməllərinizin aqibətini) mütləq biləcəksiniz!

               1. Lədunni - Allah tərəfindən vasitəsiz olaraq verilən elm
               2. Rauf İmranoğlu, “Məntiq” (2011-ci il), s. 33-43
   166   167   168   169   170   171   172   173   174   175   176