Page 180 - Islamic Studies 06
P. 180
İslamın yayıldığı ilkin çağlar / 179
Onun ölülərin sidrli, kafurlu su ilə, sonra da xalis su ilə
yuyulmasını, səcdə yerlərinin kafurlanmasını, qəbrin dərin
qazılmasını, ləhədin düzülməsində və torpaqla
doldurulmasında nizam-intizama riayət olunmasını
tapşırmasının səbəbi qəbirdə meyitin bədəni çürüyüb
parçalandıqda, torpaq və kafurla qarışdığı zaman şəhər və
digər yaşayış məntəqələrində sağlamlığa riayət olunmasıdır.
Həqiqətən bu, İslamın möcüzələrindəndir.
O həzrət daxili və zahiri təmizliyə riayət etməkdə o qədər
dəqiq idi ki, Əli (ə) kimi bir məsum dünya xalqlarını o
müqəddəs varlığın təmizliyindən dərs almağa səsləyir: «Ən
pak və təmiz varlıq olan Peyğəmbərdən dərs al. Həqiqətən, o
müqəddəs varlıqda ona tabe olmaq istəyənlər üçün (həyatın
bütün sahələrində) böyük dərslər vardır».("Nəhcül-Bəlağə"
xütbə:160)
Həzrət Peyğəmbər (s) buyurur: «Həqiqətən, Allah pakdır
və pakları sevir. Pakizədir, pakizələri sevir. Paklığın,
təmizliyin dəyəri Allaha aid ediləcək qədər
böyükdür».("Mizanül-hikmə" c.40, səh. səh.92)
Əli (ə) buyurmuşdur: «Özünüzü su vasitəsilə digərlərini
narahat edən pis iydən təmizləyin. Özünüzə qarşı məsuliyyət
hiss edin. Allah-təala camaatın yanlarında oturmasından
xoşları gəlməyən çirkli insana kin bəsləyir».(Həmən mənbə)
Rəsuli-əkrəm (s) buyurmuşdur: «Bədəninizi pak saxlayın
ki, Allah da sizi paklasın. Həqiqətən, kecəni sübhə qədər pak
və pakizə qalan şəxsi bir mələk müşayiət edir və gecənin hər
bir saatında deyir: «Pərvərdigara! Bu bəndəni bağışla! Çünki o
gecəni sübhə qədər pak olmuşdur»;(Həmən mənbə) «Çirkin
insan çox pis insandır»;(Həmən mənbə)«Çirkin və aludə
insanlar həlak oldular».(Həmən mənbə)