Page 181 - Islamic Studies 06
P. 181
İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) / 180
Cabir ibn Abdullahdan rəvayət olunur: «Allah elçisi (s)
başı daranmamış bir şəxs gördükdə buyurdu: «Saçını
darayacaq bir şey tapmadınmı?»
Çirkin paltar geyinmiş birini gördükdə buyurdu: «Çirkli
paltarını yuyacaq su tapmadınmı?».(Həmən mənbə)
İmam Baqir (ə) buyurmuşdur: «Evi süpürmək yoxsulluğun
aradan qalxmasına səbəb olur».(Həmən mənbə, səh.93)
İmam Sadiq (ə) buyurmuşdur: «Qabları yumaq, evin
astanasını süpürmək ruzini artırır».(Həmən mənbə)
Əli (ə) buyurmuşdur: «Evin zibilini arxasına yığmayın.
Həqiqətən, (zibil yığılan yer) şeytanların yığınacaq
yeridir».(Həmən mənbə)
Şeytan, «şətən» sözündən götürülmüşdür və «çirkin»,
«incidən», «şər» mənalarını ifadə edir.
Bu, İslamın möcüzəsidir. Məsum şiə imamları mikrob kəşf
olunmazdan əsrlər öncə şeytan ifadəsi ilə bu çirkin varlıq
haqqında məlumat vermişlər.
Həzrət Peyğəmbər (s) buyurmuşdur: «Süfrədən artıq qalan,
yeyilməsi, istifadə olunması mümkün olmayan şeyləri gecəyə
qədər evdə saxlamayın. Onu gündüz evdən çıxarın. Həqiqətən,
süfrənin istifadəsi mümkün olmayan qalıqları şeytanın
oturacaq yeridir»;("Mizanül-hikmə" c.10, səh.95)
«Bacardığınız qədər təmizliyi qoruyun. Həqiqətən, Allah
İslamın təməlini təmizlik üzərində qurmuşdur. Behiştə yalnız
pak və pakizə olanlar daxil olacaq».(Həmin mənbə)
İmam Rza (ə) buyurmuşdur: «Təmizlik peyğəmbərlərin
xüsusiyyətlərindəndir».[(Həmən mənbə)
Haqq elçisi (s) Aişəyə buyurur: «Bu iki libası yu.
Bilmirsənmi, libas Allahı təsbih edir?! Çirkli olduqda isə, bu
təsbihin arası kəsilir».(Həmin mənbə, səh.94)
Ailə üzvləri təmizlik mövzusuna aid bir çox Quran ayələri
və çox mühüm rəvayətlərə nəzər salaraq bədənlərinin,