Page 182 - Islamic Studies 06
P. 182
İslamın yayıldığı ilkin çağlar / 181
geyimlərinin, ev əşyalarının və evin təmizliyinə əhəmiyyət
verməli, bacardıqları qədər təmizliyə riayət etməlidirlər.
Evin kişisi, ailə başçısı Quran ayələrinə əsasən, təqva
məsələsində qadınına kömək etməli olduğu kimi, təmizlik
işlərində də ona yardım etməlidir. Qadının evi, ev əşyalarını
təmiz saxlaması əxlaqi bir vəzifədir. O, bu hərəkəti ilə Haqqın
razılığını cəlb edir və ailə üzvlərinin sağlamlığını qoruyur.
Evin xanımı bilməlidir ki, ev işləri onun üçün ibadətdir və
o, Allahdan bunun mükafatını alacaqdır.
3-Qarşılıqlı olaraq cinsi istəkləri təmin etməyin
mükafatlandırılacağına təkid olunur
Mühüm və diqqət olunması zəruri olan məsələlərdən biri
də, islami rəvayətlərdə evli cütlərin bir-birilərinin cinsi
istəklərini təmin etmələrini təşviq etmək məqsədilə, tam
şəkildə maddi bir məsələ olan halan yolla cinsi istəkləri təmin
etməyə mənəvi mükafatlar vəd olunmasıdır. Məhşur hədis
alimi, Şeyx Koleyni (kitablarında) Peyğəmbərin (s) Əbuzərə
bu haqda belə buyurduğunu zikr etmişdir: "Həyat yoldaşınla
cinsi əlaqədə olduqda savab qazanırsan."
Əbuzər təəccüblə soruşdu: Qadınlarla yaxınlıq etdikdə
mükafatlandırılırqmı?
Buyurdu: "Hər vaxt harama düçar olsan, günahkarsan.
Halal yolla cinsi əlaqədə olsan isə savab qazanarsan."
Başqa bir rəvayətdə buyurur: "(Kişi) qadını ilə cinsi
əlaqədə olduğu zaman günahları, ağacın yarpaqları kimi yerə
tökülər. Qüsl etdiyi zaman isə günahları yuyulub, təmizlənər."
4-Qarşılıqlı olaraq cinsi istəkləri təmin etməmək tənqid
olunur
Bir sıra rəvayətlərimizdə kişinin öz həyat yoldaşının cinsi
istəklərini təmin etməməsi və həmçinin qadının öz ərinin cinsi
istəklərinə cavab verməməsi, şiddətli formada tənqid olunur.