Page 183 - Islamic Studies 06
P. 183
İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) / 182
Mərhum Koleyninin yazdıqlarına əsasən İslam peyğəmbəri (s)
qadınlara müraciətlə belə buyurur: "Ərinizi özünüzdən
uzaqlaşdırmaq üçün namazlarınızı uzatmayın."
Peyğəmbər (s), ifrat şəklində ibadətə məşğul olan və həyat
yoldaşının cinsi istəklərini təmin etməyən Osman ibn Məzun
adlı səhabəsinə buyurur: " Həyat yoldaşının da sənin boynunda
haqqı var.
Başqa bir hədisdə isə ona buyurur: "Ey Osman! Allah-təala
məni rahib olaraq göndərmədi. Əsl həqiqədə, məni sadə və
asan təkallahlıq dini ilə (sizə peyğəmbər) göndərdi. Mən həm
oruc tuturam, həm namaz qılıram, həm də ki, həyat yoldaşımla
cinsi əlaqədə oluram. Mənim gətirdiyim dini sevən şəxs,
mənim sünnəmi (söylədiklərimi, davranış və rəftarlarımı)
özünə nümunə götürməlidir. Məni sünnəmdən biri də,
evlənməkdir!"
5- Qarşılıqlı olaraq cinsi ehtiyacları təmin etməyin vacib
olması
Ər-arvadın qarşılıqlı olaraq bir-birilərinin cinsi istəklərini
təmin etmələrinə təşviq etmək və bundan imtina etməyi
pisləməkdən əlavə, dinimizin buyuruğuna əsasən, kişinin ən
azı dörd ayda bir dəfə qadını ilə cinsi əlaqədə olmalıdır. Bu
vacib edilmişdir.
Səfvan ibn Yəhya, İmam Rzadan (ə) soruşdu: Bir kişinin
cavan xanımı var. Amma bir neçə ay, hətta bir il keçir ki,
onunla yaxınlıq etmir. Onu incitmək məqsədilə deyil, bəlkə
müsibət gördükləri üçün belə edir. O, bu barədə
günahkardırmı?
İmam Rza (ə) buyurdu: "Dörd ay onunla cinsi əlaqədə
olmasa günahkardır."
6- İntim əlaqəsi zamanı bəzi döstərişlərə riayət etmək
lazımdır