Page 184 - Islamic Studies 06
P. 184

İslamın yayıldığı ilkin çağlar / 183

                   İslami rəvayətlərdə cinsi  əlaqənin ədəb-ərkanı  ünvanında
               söylənmiş bir sıra göstərişlər: Şəhvətin coşduğu zaman cinsi
               əlaqədə  olmaq,  yaxınlıqdan  öncə  zarafat  və  isnişmək,
               gecikdirmək kimi tövsiyələr, qarşılıqlı olaraq intim ehtiyacları
               təmin etməkdə boyük rola malikdir.
                   Dinimizin  rəhbərlərinin  bu  tösiyələri  açıq-aşkar  ortaya
               qoyması bunu göstərir ki; cinsi məsələləri öyrənmək mənəvi

               dəyərlərə zidd deyil. Əsl həqiqətdə, bu təbii ehtiyacı ödəmək
               üçün  zəruri  və  lazımlı  bir  addımdır.  Çünki  sağlam  ailə
               həyatının amillərində biridir.
                   Cinsi  əlaqənin  ədəb-ərkanı  ünvanında  söylənmiş;
               yaxınlıqdan  öncə  dua  etmək,  zikr  oxumaq  kimi  digər
               göstərişlərə  gəldikdə  isə,  doğrusu,  belə  tövsiyələr  cinsi
               əlaqənin  mənəvi  müqəddəsliyinə  yardım  edir.  Bununla  da,
               asağlam ailə mühitinin formalaşmasında əsaslı rol oynayır.
                   5- Məişət işlərində bir-birinə yardım etmək
                   Ər-arvadın  ailə  həyatının  möhkəm  bünövrə  üzərində
               qurulmasına xidmət edən və bu yöndə əsaslı təsirə malik olan
               əxlaqi  vəzifələrindən  biri  də,  məişət  işlərində  bir-birilərinə
               kömək etmələridir.
                   İslamı rəvayətlərdə bu haqda özünəməxsus möhtəşəm və
               yüksək  məna  çalarlarına  malik  ibarətlər  işlədilməsi,  sağlam
               ailə  mühitinə  səbəb  olan  bu  amilə  xüsusi  müqəddəslik
               bağışlayır. Allahın elçisi (s) Həzrət Əliyə (ə) müraciətlə belə
               buyurur: "Ey Əli! Yalnız doğru danışan insan, şəhid və Allah-
               təalanın  dünya  və  axirətdə  xeyrini  istədiyi  şəxs,  ailəsinə
               xidmət edər."
                   Başqa  bir  hədisdə  oxuyururq:  !Sənin  (kişinin)  qadına
               xidmət etməsi, sədəqədir!
                   Digər bir hədisdə isə buyurulur: "Kişi arvadına su içirdikdə
               savab qazanar."
   179   180   181   182   183   184   185   186   187   188   189