Page 185 - Islamic Studies 06
P. 185

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) / 184


                   Yenə oxuyuruq: "Möminə hər bir əməli üçün savab verilər,
               hətta həyat yoldaşının ağzına qoyduğun hər loğma üçün belə."
                   Qadının  ərinə  məişət  işlərində  yardım  etməsi  haqda  belə
               buyurulur:  "Allah-təala,  ərinə  yeddi  gün  kömək  edən  hər
               qadının üzünə, cəhənnəmin yeddi qapısını bağlayar və behiştin
               yeddi qapısını açar ki, istədiyi qapıdan oraya daxil olsun."
                   İmam  Əlinin  (ə)  yaxın  köməkçisi  və  dünya  qadınlarının
               sərvəri Fatimə (ə) bu barədə islam cəmiyəti üçün ən dəyərli və
               gözəl nümunədir. İmam Baqir (ə) buyurur: "Əli (ə) və Fatimə
               (ə)  işləri  bölmək  üçün  Peyğəmbərin  (s)  yanına  getdilər.
               Allahın elçisi (s) ev işlərinin Fatiməyə, evdən kənardakı işlərin
               isə Əliyə aid olduğunu bildirdi.
                   Fatimə  dedi:  Allahın  rəsulunun  (s)  məni  kişilərin  əncam
               verdiyi işlərdən uzaq tutmasına görə, bir olan Tanrı şahiddir ki,
               mən necə də sevinirəm."
                   Həzrət  Bqirin  (ə)  söylədiyi  digər  rəvayətdə  oxuyururq:
               "Fatimə,  ev  işlərini,  yemək-çörək  hazırlamaq,  otaqları
               süpürüb, təmizləmək kimi işləri öz öhdəsinə götürüb, Əliyə bu
               haqda  zəmanət  verdi.  Əli  də,  evdən  kənardakı  işləri;  odun
               daşımaq  və  evə  azuqə  (qazanıb)  gətirmək  kimi  işləri  öz
               öhdəsinə aldı."
                   Sözsüz ki, işlərin bu şəkildə bölünməsi, o dövrün ictimai
               şəraiti ilə sıx bağlıdır. Bu hədislərdən belə nəticə alırıq ki, hər
               dövrdə  və  hər  bir  şəraitdə  qadın  və  kişi  çəişət  işlərində  bir-
               birilərinə yardım etməlidirlər.

                   6- Qarşılıqlı hörmət
                   Sağlam ailə mühitinin yaranmasında mühüm rol oynayan
               altıncı  amil  isə  ailə  üzvlərinin  bir-birilərinə  qarşı  hörmətlə
               davranmasıdır. Hörmətlə davranmaq, təkcə ailə üzvlərinə aid
               deyil,  əsl  həqiqətdə  bütün  müsəlmanlarla  və  hətta  bütün
               insanlara aid olunur. Amma şübhəsiz, ər-arvadın, valideyn və
   180   181   182   183   184   185   186   187   188   189   190