Page 186 - Islamic Studies 06
P. 186
İslamın yayıldığı ilkin çağlar / 185
övladların qarşılıqlı ehtiram və hörmətlə davranması, sağlam
və möhkəm ailə təməllərinin atılmasında müstəsna rol
oynadığı üçün, buna daha çox təkid edilmişdir. Diqqət etmək
lazımdır ki, kişi ailənin böyüyü olduğu üçün bu barədə daha
çox məsuliyyət daşıyır. Elə buna görə də, çoxsaylı
rəvayətlərimizdə kişiyə öz qadınına hörmət etməsi tövsiyə
olunur. Allahın elçisi (s) buyurur: "Kim ailə qursa, (həyat
yoldaşına) hörmət etməlidir."
Başqa bir hədisdə buyurulur: "Sizin aranızda ən dəyərli
şəxs, ailəsi ilə ən yaxşı rəftar edəndir."
Həmçinin kişiyə tövsiyə olunur ki, evə daxil olduqda öz
ailəsinə salam versin: "Ey Ənəs!... Evə daxil olduğun zaman,
ailənə salam ver ki, evinin xeyir-bərəkəti çoxalsın."
Şübhəsiz, kişinin ailəsinə hörmət qoyması, evdə xeyir-
bərəkətin və məhəbbətin artmasına xidmət edəcəkdir.
7- Səbir və mulayimlik
Möhkəm ailə təməllərinin və orada sağlam mühiti yaradan
səbəblərdən biri də, səbir və mülayim davranışdır. Allahın
elçisi (s) buyurur: "Mülayimlik bərəkətdir, qəzəb və köbud
rəftar isə bədbəxtlikdir. Allah-təala bir ailəni sevsə, onlara
mötədillik və mülayimliyi nəsib edər. Çünki mülayimlik,
olduğu hər bir yeri zinətləndirər. Kobudluq və qəzəbli rəftar,
olduğu hər bir yeri kirləndirər."
Həyatın eniş-yoxuşları, insanın müxtəlif əhval-ruhiyyələrə
düşməsi, baxış aspektlərinin rəngarəngliyi təbii formada
bədəxlaqlığa və təzadlar gətirib çıxarır. Elə buna görə də,
ailədə səbir, mülayimlik, keçinmək və görməməzliyə vurmaq
kimi xüsusiyyətlər olmasa, uzunömürlü olmayacaqdır. Kişi
qadının azacıq tərsliyi ucbatından boşanmağa qərar verəcək və
qadın da, kişinin bədəxlaqına görə ondan ayrılmaq istəyəcək.
Elə islam dininin əsas tövsiyəsi bu zaman ortaya çıxır ki; hər
iki tərəfi səbirli və mülayim olmağa çağırıb, onlara bunun