Page 187 - Islamic Studies 06
P. 187
İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) / 186
müqabilində çoxlu mükafatlar vəd edir. Qadına buyurur:
"Ərinin bəd rəftarları qarşısında səbr edən qadına Allah-təala
Fironun xanımı Asiyanın savabı qədər savab verər."
Kişiyə buyurur: "Allah-Təala, Tanrıya xatir arvadının pis
xasiyyətinə dözən kişiyə, səbir etdiyi hər gecə-gündüzə görə
Əyyub(ə) peyğəmbərin bəla qarşısında qazandığı savabı əta
edər. Qadının hər gecə-gündüz günahı, səhradakı qumlar
qədər sayılar."
Bu yolla da, ailənin dağılmasına mane olur.
Quranla yanaşı, rəvayətlər də bəşəriyyəti əsəbilik və
qəzəbdən uzaq düşməyə çağırır və qəzəbi, insanı məhvə
sürükləyən bir növ «dəlilik» adlandırırlar.
Əli (ə) dahiyanə kəlamlarında bu məsələyə toxunaraq
buyurur: «Qəzəb təhlükədir. Onu cilovlamazsansa, (səni)
məhv edər»;("Mizanül-hikmə" c.7, səh.231) «Qəzəb ağıldan
yüngül olanların miniyidir»;(Həmin mənbəə) «Qəzəb gizli
kinləri (düşmənçilikləri) alovlandırır».(Həmin mənbəə)
İmam Sadiq (ə) buyurur: «Qəzəb hər bir ziyanın açarıdır».
Bəli, qəzəblənən şəxs hər bir xətaya yol verir. Qarşı tərəfin
şəxsiyyətini təhqir edir, öz orqanizminə istənilən ziyanı vurur.
Həzrət Peyğəmbər (s) buyurur: «Qəzəb şeytanın bir
odudur».(Həmin mənbəə)
Əli (ə) buyurur: «Qəzəb bir növ dəlilikdir. Həqiqətən, bu
xislətə malik olan şəxs peşman olur. Peşman olmadıqda isə,
onun bu dəliliyi güclənir»;(Həmin mənbəə, səh.232-233)
«Qəzəb ağılı məhv edir, insanı Haqdan uzaqlaşdırır»;(Həmin
mənbəə)«Qəzəbini cilovlamayan şəxs bizdən deyil»;(Həmin
mənbəə) «Şəhvəti və qəzəbinə məğlub olan şəxs heyvanlar
sırasındadır».(Həmin mənbəə)
Həzrət Baqir (ə) qəzəbi boğmaq haqqında buyurur: «Allah
qiyamət günü qəzəbini üzə çıxara biləcəyi halda boğan şəxsin
qəlbini iman və təskinliklə doldurar».("Kafi" c.2, səh.110)