Page 188 - Islamic Studies 06
P. 188
İslamın yayıldığı ilkin çağlar / 187
Əli (ə) buyurur: «Allah-təala öz qəzəbini cilovlayan şəxsin
eybini örtər».("Mizanül-hikmə" c.7, səh.236)
O həzrət vəfalı dostu Haris Həmədaniyə yazır: «Hirsini
boğ, qütrətin olsa belə, əfv et. Əsəbini cilovla, gücün yetsə
belə, digərlərinin qüsurlarını ört (gizli saxla). Əgər belə
edərsənsə, aqibətin xeyir olar».(Həmin mənbəə)
«Kafi», «Vəsail» və «Biharül-ənvar» kimi mötəbər
kitablarda digərlərinə qarşı qəzəbi boğmağın mükafatının
Haqqın qəzəbindən amanda qalaraq, rəhmətinə qovuşmaq
olduğu qeyd olunmuşdur.
Həzrət Məsihdən (ə) qəzəbin səbəbini soruşduqda
buyurdu: «Qəzəbi törədən üç səbəb var: qürur, eqoistlik və
digərlərini səviyyəsiz hesab etmək».
Həzrət Peyğəmbərin (s) Əmirəl-möminin Əliyə (ə)
ünvanladığı tövsiyələrdə oxuyuruq: «Qəzəblənmə,
qəzəbləndikdə əyləş və Haqqın bəndələrini əhatə edən qüdrəti
haqqında düşün. Qəzəbləndiyində sənə «Allahdan qorx!»-deyə
söyləsələr, qəzəbi bir kənara qoyub, normal vəziyyətə qayıt».
8- Güzəşt
Başqalarının səhvlərinə göz yummaq və onların xətalarını
bağışlamaq, sakit və asudə həyat sürməyin əsas amillərindən
biridir. İmam Əli (ə) bu haqda buyurur: "Kim bəzi işlərdə
güzəştə getməsə və göz yummasa, həyatı qaralar (zəhrimar
olar)."
Ailə həyatında çox zaman elə məsələlər ortaya çıxır ki, ailə
üzvləri bu barədə bir-birilərinə güzəştə getmir, adi məsələlər
üçün problemlər yaradırlar. Belə olduğu halda, həyat acı və
dözülməz olur. Diqqət yetirmək lazımdır ki, bəzi çox da
əhəmmiyətli olmayan məsələlərə göz yummaq və güzəştə
getmək, sağlam ailə mühitinin qarantıdır.