Page 135 - Pure Life 02
P. 135
İBRAHİMİ DİNLƏRDƏ ALLAH/ 235
1
Sədəqən gizli olsa, atan da sənə açıqca əvəzini verəcəkdir. Gizlində atana
2
3
(Allaha) dua et. Çünki atanız (cəm şəkilçisi)... İsa dedi: Ey göylərdə olan
4
atanız... (cəm şəkilçisi)
Səmavi atanız! (nəinki atam?!) Və həmçinin (Matta, 6-cı fəs. 18 s, 6-cı
fəs. 26 s, 7-ci fəs. 11 s. və s.)
Gördüyünüz kimi, «Ata» ibarəsi Allaha məcazi mənada aid edilmişdir.
İsa özünü də məcazən «Allahın oğlu» adlandırmışdır. Çünki o özünü və
digərlərini Allahın yaradılmışı və bəndəsi sayır... Lakin məsihilər bu
ibarələri öz həqiqi mənasında «mən», Tolstoy Nikolay oğlu» olduğu kimi
işlədirlər! Mən bu müşriklərin sözlərindən Allaha pənah aparıram!
Görən, bu azğınlıq və zəlalətin nişanəsi deyildirmi?! Bütün bunlar əbədi,
əzəli, sonsuz, bənzərsiz və yeganə olan Allaha şərik qoşmaq deyildirmi?!»
(«L. N. Tolstoy, «İncilə müqəddimə», səh. 25)
L. N. Tolstoyun sözlərinə diqqət etsək, görərik ki, bu alimin ümdə iradı
xristianlığa, onların şirkə və bütpərstliyə (üç Allahlığa) üz gətirmələridir.
Deməli, Tövhiddən başqa əqidəyə inancın batil və əbəs olması təkcə
islamın və müsəlman aləminin fikri deyil. Xristianlığı dərk edən və
onun iç üzünü bilənlərdə bu məsələyə etiraf edirlər. Necə ki, xristian
dünyasının böyük filosofu Volter yazır:
«Dünyada mövcud olan dinlər arasında təkcə İslam dini İlahi dininə bənzəyir.
Məhəmmədin (s) yaydığı bu din sözsüz ki, xristianlıqdan olduqca üstündür.
Çünki İslam heç bir yəhudi kişin (İsa (ə)) Allah və heç bir yəhudi qadını
(Məryəm (ə)) Allahın anası (və həm də Allahın arvadı?!) sanmamışdır...
Məhəmmədin dini heç zaman Allaha küfr etməmiş, bir Allahı eyni halda
üç bilməmişdir, onun dini məsihilərin düşündüyü kimi Allahı «Rəbbani
gecədə» çeynəyib həzm edərək çirkablığa atmamışdır! (“İslam Volter
baxımından”, səh. 99)
Təbiidir ki, üç Allahın bir və birin üç olması insanda ilk baxışda çaşqınlıq
yaradır. Lakin azacıq diqqət etdikdən sonra bu əqidənin gülünc olması aydın
olur. Ona görə ki, bir fərd yalnız bir və üç fərd yalnız üç olaraq qalır.
1. Matta, 6-cı fəs. 4
2. Matta, 6-cı fəs. 6
3. Matta, 6-cı fəs. 8
4. Matta, 6-cı fəs. səh. 8, 14-15-ci cüm.