Page 136 - Pure Life 02
P. 136
234/ PURE LIFE, Vol.2.No.2, (Ramadan Mubarak 1436. Tir 1394. July. 2015)
M. Miller yazır: «Diqqət etmək lazımdır ki, kilsənin iddia etdiyinin tam
əksinə olaraq, İsa (ə) özünü nə cismani, nə də ruhi cəhətdən «Allah» və
«Allahın oğlu» adlandırmışdır. O özünü və başqalarını «oğul», Allahı isə
«Ata» ona görə adlandırmışdır ki, hamı uca Yaradana bağlı və ona möhtacdır.
Hamı Allahın «bəndəsi» olmaq - «Allahın oğlu» olmaq üçün çalışmalıdır.
Dar düşüncəli insanlar isə bunu başa düşməyərək və ya bilərəkdən, məcazi
mənanı tullayaraq, onu həqiqi mənada işlətmişlər.» («Qədim kilsə tarixi», səh. 68)
Millerin sözü, məntiqə olduqca uyğun gəlir. Çünki İsa (ə) «İncil»də
hamını «Allahın övladı» sayır.
«Görün, Ata (Allah) bizə necə bir məhəbbət göstərmişdir ki, biz hamımız
«Allahın övladları» adlanırıq. Sevimlilərim, indi biz Allahın övladlarıyıq.»
(Yəhya, 1-ci məktub, 3-cü fəs. 1-2-ci cüm.)
«İsanın Məsih olduğuna iman gətirən hər kəs Allahdan doğulmuşdur.»
(Yəhya, 1 məktub, 5-ci fəs. 1-ci cüm.)
«Allahdan doğulan kimsə günah işlətməz... Kimin Allahın övladı, kimin
də şeytanın övladı olduğu bundan bəlli olur.» (Yəhya, 1-ci məktub, 3-cü
fəs. 9-10-cu cüm.) Yuxarıdakı cümlələrə diqqət etdikdə, «oğul»un məcazi
mənada olduğu gün kimi aydınlaşar.
Böyük rus yazıçısı, alim, Tolstoy bu barədə belə yazır: «Məsihilər»
Allahın oğlu ibarəsini təkcə İsaya aid edərək, bu ləqəbi fəqət ona məxsus
etdilər. Və başqa insanların bu adla çağrılmasına razı deyildilər. Bu ləqəb
bütün bəşərə aiddir və təkcə müəyyən bir şəxsə məxsus deyildir! Bu,
incildən həqiqi məlumatı olan hər kəsə gün tək aydındır.»
Bəli, incil deyir: «İsa dedi: Qoy sizin nurunuz insanların qarşısında elə
1
parlasın ki, xeyirxah işlər görsünlər və göylərdəki atanıza həmd etsinlər.
2
Siz göylərdə olan atanızın oğulları olasınız. Beləliklə, səmavi atanız
3
(Allah) kamil olduğu kimi siz də kamil olun! Ehtiyatlı olun... Yoxsa
4
səmavi atanızdan mükafat almazsınız!
1. Matta, 5-ci fəs. 16
2. Matta, 5-ci fəs. 45
3. Matta, 5-ci fəs. 48
4. Matta, 6-cı fəs. 1