Page 137 - Pure Life 02
P. 137
İBRAHİMİ DİNLƏRDƏ ALLAH/ 233
Bu isə dininin kökünü və təməlini «tövhid»in təşkil verdiyi Quranın,
1
Tanrıya qoyduğu ehtiramdır. Diqqət yetirmək lazımdır ki, Əhdi-ətiqdə və
İncildə «Allah», «Rəbb», «Allahın oğlu» kəlmələri də məcazi məna olaraq
Musa (ə), Yusif (ə), Süleyman (ə), İsa (ə) və İsrail tayfası haqqında işlədilmişdir:
1. Allah Musaya dedi: «Bax, səni Firona Allah etdim və qardaşın
Harunu sənə peyğəmbər qərar verdim.» (Çıxış, 7-ci fəs. 1-ci cüm.)
2. «Allah dedi: Süleymanı seçdim ki, mənim oğlum olsun və
mən də, onun atası» (Günlərin tarixi, 28-ci fəs. 6-cı cüm.)
3. «Allah dedi: İsrail tayfası mənim oğlumdur.» (Çıxış, 4-cü fəs. 22-ci cüm.)
4. «Madam ki, mən Rəbb olduğum halda ayaqlarınızı yudum.»
(Yəhya, 13-cü fəs. 14-cü cüm.)
5. İsa dedi: «Allahın oğluyam» dediyim üçünmü, Atanın təsdiq
edib dünyaya göndərdiyi şəxsə, «küfr edirsən» deyirsiniz?»
(Yəhya, 10-cu fəs. 38-ci cüm.)
Bütün bunlar həqiqi mənada deyil, «Allahın seçilmiş bəndəsi», «elçisi»
və «peyğəmbəri» mənasınadır.
İsanın (ə) barəsində« İncil»lərdə işlənmiş «Rəbb», «oğul» sözləri də həqiqi
mənada ola bilməz. Lakin dörd incilə artırılmış məktublar isə bəzən bu kəlmələri
məcazi mənada deyil, öz həqiqi mənasında işlətmişdir. Elə bu səbəbdən də
Yeni-Əhd sonrakı nəsillərin bu sahədəki əqidə inhirafına səbəb olmuşdur.
«İncil»lər İsanı (ə) bizə, yalnız insan övladı, «peyğəmbər» və «bəndə» kimi
tanıtdırır və aşkarcasına bizi «tövhidə» səsləyir, «oğul», «rəbb» kəlmələri
həqiqi məna ola bilməz. Bir baxın:
1. «Əmrlərin ən birincisi! Dinlə, ey Bəni-İsrail, Allahımız
Rəbb, bir olan Rəbbdir!» («Allahımız» kəlməsinə diqqət
edin.) (Matta, 22-ci fəs. 34-40; Mark, 12-ci fəs. 29-30-cu
cüm.; Luka, 10-cu fəs. 25-28-ci cüm.)
2. «Allah dedi: «Budur, Mənim seçdiyim bəndə (İsa).»
3. «Bu, Qalileyanın Nazaret şəhərindən olan İsa peyğəmbərdir.»
(Matta, 21-ci fəs. 11-ci cüm.)
4. «Kim İnsan oğlu İsaya qarşı...» (Matta, 12-ci fəs. 32-ci cüm.)
5. «İnsan oğlu (İsa) qeyb olmuşları axtarıb...» (Luka, 19-cu fəs. 10-cu cüm.)
6. «İsa dedi: «İndi insan oğlu (mən) izzətləndi.» (Yəhya, 13-cü fəs. 31-ci cüm.)
1. Kövsər\1; Qədr\1