Page 138 - Pure Life 02
P. 138
232/ PURE LIFE, Vol.2.No.2, (Ramadan Mubarak 1436. Tir 1394. July. 2015)
Xristianlara gəldikdə isə İsanı «Allah», «Allahın oğlu» müraciətlərilə
ilahiləşdirdikləri halda, onu insanlar tərəfindən çarmıxa çəkiləcək qədər
acizləşdirirlər. Əslində belə bir əqidənin kökü təhrif olunmuş incillərə qayıdır.
Çünki incillərdə həzrət İsanın (ə) özünün istəmədiyi halda və məcburi şəkildə
asılıb çarmıxa çəkildiyini ifadə edən yerlər mövcuddur: «Allahım, Allahım!
Məni niyə tərk etdin?» - deyə yüksək səslə çığırdı. (Matta -27, 46) Mattaya
əsasən, İsa (ə) bu sözü çarmıxa çəkilmiş vəziyyətdə, ruhunu təslim etməmişdən
bir az öncə söyləmişdir. (Bax: Mark, 15, 34)
Xristianların üç üqnum əqidəsini sübut etmək üçün istinad etdikləri
başqa bir cümlənin (Matta, 28, 19) çox qədim nüsxələrdə olmaması və bu
cümlənin sonradan incillərə əlavə edilməsi isə tədqiqatçılar tərəfindən açıq
şəkildə bildirilmişdir. Bundan əlavə, belə ibarələr «Ata, Oğlu və
Ruhul-Qüds...» Qurani-kərimin bir çox ayələrində «Allah, Onun Rəsulu və
İlahi mələkləri...» kimi ibarələrlə zikr olunmuşdur. Halbuki, İslamın
tövhidə olan həssasiyyətini və Allahdan başqa bir məbuda etiqadın batil
olmasını Quranın səhifələrində açıq görmək olar. Deməli, üç ismin ardıcıl
gəlməsi üç üqnum əqidəsini sabit etmir. Belə olsaydı, o zaman dörd, ya
beş ismin ardıcıl səslənməsi dördlük, ya beşlik əqidəsini sabit edərdi.
Doğrudan da, xristianların köklü inancları olan təslisi sübut etməkləri üçün
belə bir süst dəlillərə istinad etməkləri bu dinin zəifliyini sübuta yetirir.
Xristian dünyasının iki məşhur elmi-dini ensiklopediyası «Üç üqnum əqidəsi»-
nin Qədim-əhddə və İncildə mövcud olmadığını yazır. Və məsihilərin hər iki kitabda
1
«üçlüyə» istinad etdiyi cümlələrin hamısının əsassız olduğunu bəyan edir.
Henri Tesin «Məsihi ilahiyyatı» əsərində (88-ci səhifə) iddia edir ki, hətta
indiki «üç üqnum əqidəsi»ni Pavelin və Yəhyanın yazılarından da ələ
gətirmək qeyri-mümkündür.
Həmçinin, Qədim-Əhddə Allah barəsində danışılarkən cəm əvəzliyindən
2
və cəm şəkilçilərindən istifadə olunması birbaşa «üçlüyə» dəlalət edə
bilməz. Çünki bu ədəbi dildə əks olunan ehtiram, hörmət mənasınadır. Biz
Qurani-kərimə nəzər yetirdikdə orada da Allah barəsində cəm əvəzliyi və
cəm şəkilçilərindən istifadə olunduğunu görürük.
1. ER. V. 15, P. 54 və ERE, V. 12, P. 458
2. Varlıq, 1-ci fəs. 26-cı cüm. 3-cü fəs, 22-ci cüm, 11-ci fəs. 7-ci cüm