Page 140 - Pure Life 02
P. 140
230/ PURE LIFE, Vol.2.No.2, (Ramadan Mubarak 1436. Tir 1394. July. 2015)
Amerikalı Draber «Elm və din» kitabında Roma hökumətinin ikiüzlü
hakimiyyətlərinin vasitəsilə təslisin məsihiyyətə daxil olması haqqında belə
yazır: «Konstantin məsihi olsa da, əxlaqi və mənəvi rəzilliklərin ucbatından
xristianlıq adı altında bütpərəstlik dini meydana çıxartdı.»
Məsihiyyət dini əslində acınacaqlı bir dindir. Təmiz və şərif formada ilahi
tərəfindən nazil olmuş məsihiyyətdən indi heç bir əsər-əlamət qalmamışdır.
Həzrət Məryəm (ə) və Həzrəti İsanı (ə) heç bir vaxt «Mən Allaham», «mən
Allahın oğluyam» (arvadıyam) və yaxud «Ruhul-Qüds Allahdır» deməyib,
əksinə, insanları həmişə «vahid Allaha» doğru çağırmalarının qarşısında
insanların təslimə yönəlmələri, sizcə, acınacaqlı deyilmi?
V. M. Miller xristianlığın sanki, bütpərəstlərin əlilə oyuncağa çevrilməsini
belə açıqlayır: «Dördüncü əsrdə bütpərəstlərin bir çoxu kilsəyə daxil oldu.
Mənfəət və şöhrətə görə xristian olan bəziləri öz bütpərəst əqidələrini,
Məryəmə (ə) və xristian şəhidlərinin qəbirlərinə ibadət etməklə təcəssüm
etdirirdilər. Bütpərəst ideyalarını məsihiyyətdə əks etdirən bir çoxları hətta
«xaç asmaqla» bütpərəstliyə aid olan şər ruhlardan amanda qalacaqlarını
güman edirdilər.
Əslində xristianların etiqad bəslədiyi təslis inancına, hətta, təhrif olunmuş
incillərdə də rast gəlmək olmur. Lakin onlar boyunlarına düşmüş üç üqnum
əqidəsini sübuta yetirmək üçün müqəddəs kitabın iki cümləsinə istinad edirlər:
1
1- «İsa vəftiz olunub o an sudan çıxdı. Və bu zaman göylər açıldı. Allahın
ruhunun göyərçin kimi enib üzərinə gəldiyini gördü və bu an göylərdən
bir səs gəldi: sevgili oğlum budur, ondan razıyam.» (Matta, 3, 16-17)
2- «İndi siz gedib bütün millətləri şagird edin, onları ata, oğul və Ruhul-Qüds ismi
(adı) ilə vəftiz edin. Sizə əmr etdiyim hər şeyi onlara öyrədin.» (Matta, 28, 19)
Doğurdan da, bu mətnlərdən üç tanrı və ya üç formaya düşmüş bir tanrı
mənası çıxarmaq heç bir məntiqə uyğun deyil.
Birinci cümlədəki «sevgili oğlum» ibarəsi İsanın (ə) İlahi məqamına yox,
əksinə, onun oğulluq sifətinə dəlalət edir. Kiminsə oğlu olmaq onun kimi
olmaq demək deyil. Məsələn, həkimin oğlu olmaq həkim olmaq demək
deyil. Həmçinin, müəllimin oğluna müəllim demirlər. Hər kəsi öz ləyaqə-
tinə görə səsləyirlər.
1. Özünü Allaha həsr etmək üçün bütün bədənin suya batmasına vəftiz deyilir.