Page 141 - Pure Life 02
P. 141
İBRAHİMİ DİNLƏRDƏ ALLAH/ 229
1. -Allah qorxur. O qorxur ki, Adəm (ə) «əbədi yaşayışa» sahib ola
1
bilər və bunu Özü üçün təhlükə sayır.
2. 4-Allah adi insanlar kimi, az elmli və qeyb-aləmindən xəbərsizdir.
Belə ki, O bağı gəzərək Adəmi (ə) axtarır, onlardan harada olduqlarını
soruşur və yalnız Adəmin (ə) «utandıq» cavabından sonra onun
2
meyvəni yediyini anlayır.
3. 5-Allah sadə insanlar kimi cisim və məhdudiyyətli maddi xüsusiyyətlərə
malikdir. O, sübh çağı bağda xumarlı halda gəzirmiş...
Üzləşdiyimiz belə ziddiyyətlər bir vaxtlar ilahi vəhy olmuş «Müqəddəs
kitabın» illər keçdikcə təhrif olunaraq, əsaslı dəyişikliklərə uğradığından
xəbər verir. Allahın öz yaratdığı bəndəsinə məğlub olması, qorxması, yalan
danışması, simiclik etməsi, heç bir məntiq və ağıl çərçivəsinə sığmır. Bütün
yaratdıqlarına kamillik, qüdrət və elm bəxş etmiş Uca Tanrının, özünün on-
lardan aciz olması necə də gülüncdür. Əgər belədirsə, Böyük Xaliq onlara
söylənilən kamilliyi hansı «elm və qüdrət» sayəsində bağışlamışdı?
Həmçinin, mütləq kamilliyin, qeyri-məhdud elmin, qüdrətin sahibi əbədi
və əzəli Allahı maddi xüsusiyyətlər dairəsində məhdudlaşdırmaq, həqiqətdə,
Onu kiçiltmək və alçaltmaq deməkdir. Allah cism deyil, maddi varlıq deyil.
O, təsvirəgəlməz bir vücuddur. O, hüdudsuz, nəhayətsiz və sonsuz kamilliyin
özüdür. Deməli, Alllahı maddi varlıq kimi təsəvvür etmək böyük səhv olardı.
Bibliyadan fərqli olaraq Qurani-kərimin Allah-təala barəsində söylədiyi
fikirlərə əsaslanaraq tam qətiyyətlə demək olar ki, bu din monoteizmin ən
yüksək zirvəsində durur.
Xristianlığın təməl kitabı olan, əslində tarixi istinadlar, fəlsəfi düşüncələr
və Qurani-kərim tərəfindən təhrif edildiyi bildirilən incillərdə belə sağlam
və anlaşılan təslis inancına rast gəlmək olmur.
Qurani-kərim isə, Allahı uca sifətlər ilə, heç bir məxluqa bənzəməyən
misilsiz bir məbud kimi tanıtdırmışdır. Deməli, bütün səmavi kitablar ilə
zidd və heç bir əsası olmayan təslis inancı xristianlığın təhrif olunması,
küfr və bütpərəstlik ilə aludələşməsindən xəbər verir.
1. Varlıq, 2-ci fəs. 22-ci cüm
2. Varlıq, 3-cü fəs. 9-cu cüm