Page 142 - Pure Life 02
P. 142

228/ PURE LIFE, Vol.2.No.2, (Ramadan Mubarak 1436. Tir 1394. July. 2015)





                        ARAŞDIRMA
                        Birinci dərsdə söylənildiyi kimi, Bibliyaya diqqət yetirdikdə, orada bəzi cümlələrdə
                        Allahı vahid, əzəli, əbədi, qadir, sifət və zatda bənzərsiz, gözəgörünməz, ədalətli,
                        alim, küll-ixtiyar sahibi kimi təsvir etdiyinin şahidi olarıq. Diqqət etmək lazımdır
                        ki, yəhudilərin müqəddəs saydıqları başqa kitablarda da, Allah-təalanın daha uca
                        və ali xüsusiyyətlərlə vəsf edilməsi inkar edilməzdir. Zəbur Allahın insanların hər
                        bir  işindən  xəbərdar  olması,  onların  oturuşu-duruşlarını  bildiyini,  fikirlərimi
                        uzaqdan duyurduğunu söyləyir. Bəndələrin yetməyinə, yatmağıma nəzarət etdiyini
                        deyir. Belə ki, Allah onların hansı yollardan keçdiyimi bilir.
                           Sözlərini dilə gətirməmişdən əvvəl, hamısına tamamilə agahdır. Allah
                        hər  tərəfdən  bəndələrini  əhatə  etmişdir.  Onun  elmi  əsrarəngizdir,  çox
                        yüksəkdir. Bəndə harada olursa olsun, Allahın hüzurundadır. Onun elm və
                        qüdrəti  dairəsindədir.  Belə  ki  Zəburda  oxuyuruq:  "İlahi,  nurun, zülmətin
                        Sənin  üçün  nə  fərqi  var?  Sən  mənim  daxili  üzvlərimi  yaratmısan,  Mənə
                        ana  bətnində  quruluş  vermisən.  Sən  məni  ecazkar,  əsrarəngiz  yolla
                        yaratmısan,  Ona  görə  şükür  edirəm...  Mən  gizli  bir  yerdə  yaranarkən,
                        Dünyanın  dərin  yerində  yaranarkən  Bədənim  Səndən  gizli  qalmadı.
                        Dünyaya  gəlməzdən  əvvəl  Sənin  gözlərin  məni  gördü.  Ömrüm
                                                                                               1
                        başlamazdan əvvəl Mənə təyin etdiyin hər bir günü kitabına yazmısan."
                           Lakin həmin müqəddəs kitablarda Allah-təala insandan da aciz və qüsurli
                        formada  təsvir  edilir.  Bu  da,  həmin  müqəddəs  kitabların  zaman  keçdikcə
                        qismən təhrifə uğramasından xəbər verir. Bibliyada «Allah»ın yalan danışmağı,
                        paxıllıq etməyi, naqis, elmsiz və qorxaq bir varlıq olması, dolayısı yolla da olsa
                        təlqin olunur. Bunun üçün təkcə Adəm və Həvvanın qadağan olunmuş meyvəni
                        yedikləri  zaman  baş  verən  əhvalatlara  diqqət  etməyimiz  kifayətdir.  Həmin
                        hadisədən aşağıdakı nəticələri almaq olar:
                           1.  1-Allah  yalan danışır. Çünki Adəm (ə) meyvəni  yeyəndən sonra
                                                                    2
                               ölmədi. Allah ona öləcəyini demişdi.
                           2.  2-Allah paxıllıq edir. Çünki istəmir Adəm (ə) də elmli, xeyri-şəri
                                                3
                               başa düşən olsun.


                        1. Məzmur, 139:1-20
                        2. Varlıq, 2-ci fəs. 17-ci cüm
                        3. Varlıq, 3-cü fəs. 22-ci cüm
   137   138   139   140   141   142   143   144   145   146   147