Page 143 - Pure Life 02
P. 143
İBRAHİMİ DİNLƏRDƏ ALLAH/ 227
(Həqiqətdə insan öz Allahının cəlal və camal sifətlərindən agah olmaq
imkanına malikdir. Hətta, təbiətin özü də, bizə Allahı tanımada gözəl
yardımçıdır. Biz təbiətə baxdıqda Allahın qüdrətini, əzəmətini, ədalətini,
gözəlliyini və s. dərk edirik.)
Əgər biz Allahı heç bir şəkildə tanıya bilməsək, onun xüsusiyyətlərindən,
sifətlərindən xəbərdar olmasaq, ilahi mərifəti yolunda yalnız bir necə
mənasız sözlərə kifayət etməli olacağıq. Bu isə ilahi mərifətinin tətil
olması deməkdir. Və qəbul olunası mümkün olmayan bir əqidədir.
Çünki Qurani-Kərim və digər səmavi kitablar məhz ilahi mərifətini
bəyan etmək üçün (Allahı tanıtmaq məqsədilə) nazil olmuşdur.
Bu barədə çoxlu oxşar misallar gətirmək olar. Məsələn; Biz «ruhun» həqiqətini
olduğu kimi anlaya bilmərik. Lakin eyni halda onun xüsusiyyətlərindən xəbərdarıq.
Və onun əsərlərini (təsirlərini) müşahidə edərək çox yaxşı anlayırıq İmam Baqir (ə)
özünün bir hədisində buyurur:
«Allah barəsində (Onun həqiqəti barəsində) öz fikir və xəyallarınızla ən dəqiq
mənada və şəkildə etdiyiniz təsəvvürlər, yalnız sizin ağlınızın yaratdıqlarıdır
(Yəni həqiqət deyildir). Və sizin özünüz kimi naqis və məhduddur. (Allah-Taalanın
həqiqəti bu xəyallardan daha uca və üstündür («Biharul-ənvar» c- 66, səh 293)
Həzrət Əli (ə)-dan nəql edilən başqa bir hədisdə ilahi mərifəti ən gözəl
və aydın təbirlərlə bəyan olunmuşdur: «Allah-Taala ağılları öz sifətlərinin
(və zatının) hüdudlarından (həqiqətlərindən) agah etməmişdir. Və amma
eyni halda onları lazım olan miqdarda anlayışdan və mərifətdən məhrum
da, etməmişdir. (Ğurərul - hikəm)
1
2
10 – Tətil və təşbihin yanlış olması
İlahi mərifətində ağlın qüvvədən salınması olmadığı kimi, «təşbih» də,
düzgün deyildir. Allahı, bəndələrinə oxşatmaq, bəndənin - məxluqatın sifətlərini
Ona nisbət vermək doğru deyildir. Eləcə də, Allahı tanıma yolunda insan
ağlının tamamilə aciz və tətil olması da, qeyri-səhihdir. Bunların biri təfrit,
digəri isə ifrata varmaq deməkdir.
1. Ağlın qüvvədən salınması
2. Allahı, Onun bəndəsinə oxşatmaq