Page 144 - Pure Life 02
P. 144

226/ PURE LIFE, Vol.2.No.2, (Ramadan Mubarak 1436. Tir 1394. July. 2015)





                        Tövhid və möcüzələr
                        İlahi peyğəmbərlərin əncam verdikləri bütün xariqüladə işlər və möcüzələr
                        (ölü diriltmək, anadangəlmə koru sağaltmaq və s.) yalnız Allahın icazəsi,
                        iznilə baş tutur. Bu möcüzələrin Tövhidi - əfali ilə heç bir ziddiyyəti yoxdur.
                        Necə  ki,  Qurani-Kərim  İsa  (ə)-a  buyurur:  «Anadangəlmə  kora  və  (əlacı
                        mümkün olmayan) alaca xəstəliyinə tutulmuşa mənim iznimlə şəfa verirdin.
                        Və ölüləri mənim əmrimlə dirildirdin.» (Maidə, 110)
                           Süleyman (ə)-ın vəzirlərindən biri barəsində Qurani-Kərimdə belə buyurulur:
                        "İlahi kitabından bir az elmi bəhrəsi olan şəxs dedi: Sən gözünü qırpmamışdan
                        öncə mən onu sənin yanına gətirərəm. Süleyman (ə) taxtı öz yanında görcək dedi:
                        Bu, Tanrımın mərhəmətindəndir." (Nəml, 40)
                           Beləliklə,  Quran  aşkar  şəkildə  əlacı  mümkün  olmayan  xəstələrə  şəfa
                        vermək, ölüləri diriltmək və s. bu kimi möcüzələri, yalnız Allahın izninə
                        bağlayır. Bu, Tövhidlə ziddiyyət daşımayaraq, əslində onun eynidir.

                         Allahın pak zatının həqiqəti hər bir kəsə məxfidir
                        Allahın vücudunun, varlığının əsərləri bütün dünyanı əhatə etmişdir. Əvvəldə
                        söylədiyimiz kimi, hər bir yaranmışın vücudu, bizə ulu, qadir, və əzəmətli
                        Yaradanın varlığından söz açır. Lakin bununla belə Allahın zatının həqiqəti
                        (Onun  necə  olduğu)  heç  bir  kəsə  məlum  deyildir.  İnsan  Allahın  pak  zatını
                        dərk edərək, Onu olduğu kimi anlaya, təsəvvür edə bilməz. Çünki O, hər bir
                        cəhətdən naməhdud, intəhasız və hüdudsuzdur. Amma biz insanlar məhdud,
                        sonlu  və  hüdud  çərçivəsində  məhdudlaşan  məxluqlarıq.  Bizim  məhdud  və
                        müəyyən bir dairədə (zaman və məkan qeydinə bağlı olan) elmimiz, hər bir
                        cəhətdən naməhdud sonsuz olan Uca Yaradanı dərk etmək qüvvəsinə qadir
                        deyildir. (Məhdud bir varlığın naməhdud, sonsuz olan Uca Yaradanı hər hansı
                        bir cəhətdən əhatə etməsi qeyri-mümkündür.)
                           Qurani-Kərim buyurur: «Agah olun! Onun hər bir şeyə əhatəsi vardır.»
                        (Fussilət, 54) Yaxud: «Allah onların hamısını (hər tərəfdən) əhatə edibdir.»
                        (Buruc, 20)
                           Məhəmməd  Peyğəmbərin  (s)  tanınmış  bir  hədisində  oxuyuruq:  «İlahi,
                        biz Səni pak zatına layiq şəkildə ibadət edə bilmədik. Səni olduğun kimi
                         (həqiqətini) tanıya bilmədik.» (Biharul-ənvar 68 c, səh-23)
                           Lakin bütün bu söylədiklərimiz, o mənaya deyildir ki, biz Allahı heç bir
                        formada taniya bilmərik.
   139   140   141   142   143   144   145   146   147   148   149