Page 145 - Pure Life 02
P. 145
İBRAHİMİ DİNLƏRDƏ ALLAH/ 225
Azad iradə sahibi olmayan, yalnız vasitə-alət rolunu oynayan insanın
icbarən gördüyü işlər onun yaxşı və pis olmasına heç bir şəkildə dəlalət
edə bilməz.
Əslində əgər biz insanlar, öz əməllərimizi əncam verməkdə məcbur
olsaydıq, peyğəmbərlərin gəlişi, müqəddəs kitabların göndərilməsi və
həmçinin dini hökmlər, təlim-tərbiyə və s. puç və mənasız bir iş olardı.
Cənnət-Cəhənnəm, cəza və mükafat mənasız bir iş sayılardı. Bu bizim
Əhli-Beyt (ə)-dan öyrəndiyimiz bir əqidədir; «İnsanın əməllərində mütləq
şəkildə icbar yoxdur. Həmçinin, insanın öz əncam verdiyi işlərdə tam azad
olduğu (Allaha heç bir ehtiyacı olmamağı) səhv bir əqidədir. Həqiqətən bu
iki əqidənin arasında mötədillik; «Nə icbar, nə sırf azadlıq doğru deyildir.
İnsan Allaha ehtiyaclı olaraq öz işlərində azad iradəyə malikdir.»
4. Tövhide - ibadi:
İbadətdə Tövhid, yəni ibadət fəqət Allaha məxsusdur. Ondan qeyri bir
varlıq ibadət olunmağa layiq deyildir. Yalnız Allaha ibadət edərək, yalnız
Onu ibadətə layiq saymaq, Tövhide- ibadi adlanır. Tövhidin bu qismi onun
digər bölümlərindən ən əhəmiyyətlisidir. Belə ki, ilahi peyğəmbərlər
hamısı daha çox ibadətdə olan Tövhidə təkid etmişlər. Və insanları yalnız
və yalnız bir olan Allaha ibadət etməyə səsləmişlər. Qurani-Kərim
buyurur: «Onlara, yalnız Allaha ibadət etmək əmr olundu. Və öz dinlərini
fəqət Allaha ibadət etməklə xilas etmək (şirkdən Tövhidə qayıtmaq)
tapşırıldı. Və budur doğru-düzgün din.» (Bəyyinə, 5)
İnsan övladı ürfan və əxlaqi kamilliyin mərhələlərini keçərək, mənəvi
cəhətdən daha uca məqamlara yüksəlmək istədikdə, «Tövhid məsələsi»daha
çox mürəkkəbləşir. Elə bir dərəcədə ki, insan Allaha könül bağlayaraq hər
bir məkanda onun razılığını düşünür. Onun razılığından qeyri heç bir şeyin
barəsində fikirləşmir. Allahdan başqa bir varlıq onun diqqətini cəlb etmir.
Başqa bir ibarətlə desək; «Allahdan başqa sənin diqqətini cəlb edən, sənin
bütündür.» dərəcəsinə yetişir.
Əziz oxucu, Tövhidin qisimləri bu dörd bölümlə məhdudlaşmır: Bunlardan
başqa, digər bölümləri də, qeyd etmək olar: «Malikiyyətdə Tövhid,» yəni; hər
bir şeyin həqiqi maliki Allahdır (Bəqərə, 284). Hakimiyyətdə Tövhid: həqiqi
hakim və hökm edən yalnız Allahdır. Hökm yalnız ona məxsusdur. (Maidə, 44)