Page 147 - Pure Life 02
P. 147

İBRAHİMİ DİNLƏRDƏ ALLAH/ 223





                        Tövhid, bütün İslam təlimlərinin ruhu və əsası kimi
                        İslam dininin təlimlərinə görə, ilahi mərifəti barəsində olan məsələlərin
                        ən əhəmiyyətlisi və əsası, tövhidi (Allahın hər bir cəhətdən yeganəliyini)
                        olduğu  kimi  tanımaq  və  anlamaqdır.  Həqiqətdə,  Tövhid,  yalnız  dinin
                        əsaslarının  biri  kimi  deyil,  əksinə  bütöv  islam  əqidələrinin  bünövrəsi,
                                                                                                 1
                        kökü  və  dayaq  nöqtəsi  deməkdir.  İslam  dininin  əsasları  və  fərləri
                        Tövhidə bağlı olaraq, onunla formalaşır.
                           Dinimizin  hər  bir  bölməsi  bir  növ  Tövhidlə,  Allahın  yeganəliyilə  sıx
                        bağlıdır. Allahın pak zatının vəhdəti və misilsiz olması, Allahın sifətlərinin
                        və  fellərinin  bir  olması  Tövhidə  əsaslanır.  İlahi  peyğəmbərlərinin  bir
                        Allaha  doğru  çağırışları  ilahi  dininin  və  ayinlərinin  bir  olması,
                        müsəlmanların  qibləsinin,  həmçinin  Müqəddəs  kitabımızın  bir  olması,
                        ilahi  qanunvericiliyinin  və  hökmlərin  bəşər  övladları  üçün  vəhdəti,
                        Qiyamət gününə olan etiqadın birliyi də, Tövhiddən xəbər verir.
                           Elə buna görə də, Qurani-Kərim ilahi Tövhiddən uzaq düşmək və şirkə
                        doğru meyl etməyi bağışlanılmayan günah sayaraq buyurur: «Allah-Taala
                        heç vaxt ona şərik qoşmağı bağışlamaz. İstədiyi kimsənin (bundan savayı)
                        başqa günahlarını (əgər layiqli bilsə) bağışlayar. Allaha şərik qoşan şəxs
                        yalan uydurmuş və böyük günah etmişdir.» (Nisa, 48)
                           Başqa bir ayədə buyurulur: «Sənə və səndən əvvəlki bütün peyğəmbərlərə
                        vəhy  olunmuşdur  ki,  əgər  müşrik  olsanız,  əməllərinizin  hamısı  hədər
                        olacaqdır. Və əlbəttə, ziyankarlardan olacaqsınız.» (Zumər, 65)

                        Tövhid və onun mərtəbələri
                        Tövhid  bir  neçə  qismə  ayrılır  ki,  sizə  təqdim  etdiyimiz  bu  dörd  qisim,
                        onların ən əhəmiyyətlisidir.

                        1. Tövhide - zati:
                        Allahın Pak Zatı tək və yeganədir. Heç bir varlıq Ona oxşamaz. O, şəriksiz
                                               2
                        və misilsiz bir Allahdır.





                        1. Əməli əsasları.
                        2. Üsuli- kafi, c. 1, s. 160. (Babul-cəbr vəl-qədər)
   142   143   144   145   146   147   148   149   150   151   152