Page 148 - Pure Life 02
P. 148

222/ PURE LIFE, Vol.2.No.2, (Ramadan Mubarak 1436. Tir 1394. July. 2015)





                           Allah-Taala isə öz yaratdığı məxluqların maddi xüsusiyyətlərindən uzaq
                        və  pakdır.  (Çünki  məxluqatın  malik  olduğu  bu  sifətlər,  birbaşa  onların
                        naqis və öz məkan, zaman, forma və rənglərinə ehtiyaclı olduğunu yetirir.
                        Allah-Taala isə hər növ miqyas və ölçüdən uzaqdır, ehtiyacsızdır.)
                           Deməli, Allah-Taalanı görməyə, müşahidə etməyə olan etiqad, bir növ
                        şirkə düçar olmaq deməkdir. Qurani-Kərim buyurur: «Gözlər Onu görməz.
                        Lakin O, bütün gözləri görür. O, bağışlayan və mehribandır.» (Ənam, 103)
                           Məhz elə buna görə də, Bəni-İsrail qövminin bəhanə axtaran başbilənləri Musa
                        (ə)-a Allahı görmək istədiklərini bildirdilər. Və  ondan Allahı onlara göstərməsini
                        tələb  etdilər;  «Əgər  Allahı  aşkar  olaraq  görməsək,  sənə  iman  gətirməyəcəyik!»
                        (Bəqərə, 55) Musa (ə) onları Tur dağına apardı və onların tələblərini Allaha söylədi.
                           Allah-Taala isə onlara belə cavab verdi:  «Əsla (heç vaxt) məni görə
                        bilməyəcəksən! O dağa bax. Əgər o, yerində salim qalarsa, sən də, məni
                        görəcəksən. Sonra Rəbbi dağa təcəlli edib, onu yerlə-yeksan etdi. Musa
                        bayılıb  yerə  düşdü.  O,  özünə  gələrkən  dedi:  «Ey  Tanrım,  Sən  gözlə
                        görülməkdən  uzaq  və  paksan!  Sənə  tərəf  qayıtdım  (tövbə  etdim).  Mən
                        iman gətirənlərin ilkiyəm.» (Əraf, 143).
                           Bütün  bunlar  Allahın  gözlə  görülməsinin  qeyri-mümkünlüyünə  bir
                        dəlildir.  Deməli,  əgər  bəzi  ayələrdə  və  islami  rəvayətlərdə  «Allahı
                        görməkdən»  söhbət  olunursa  da,  bundan  məqsəd  Allah-Taalanı  batini
                                                                              1
                        gözlə görməkdir. Onu qəlbən «görüb» dərk etməkdir.
                           Belə  ki,  bir  nəfər  Həzrət  Əli  (ə)-dan  soruşur:  Ey  möminlərin  ağası,
                        söylə  görüm,  heç  öz  Allahını  görmüsənmi?  İmam  Əli  (ə)  belə  cavab
                        verir:  Görmədiyim  varlığamı  ibadət  edim?  (Yəni  mən  görmədiyim
                        varlığa  ibadət  etmərəm.)  Sonra  isə  buyurur:  Əsla  Onu  gözlər  görməz,
                                                                                          2
                        müşahidə edə bilməz. Amma qəlblər Onu iman gücü ilə dərk edər.
                           Peyğəmbərin  (s)  Əhli-beytinin  (ə)  bizə  təlim  verdiyi  kəlamlara  əsasən,
                        məxluqatın xüsusiyyətlərini (məkan, zaman, cismilik, gözlə görülmək, forma,
                        quruluş və s.) Allaha nisbət vermək, bir daha Onu düzgün tanımadığımızdan
                        xəbər verir. O, bütün varlıqlardan və onlara nisbət verilən sifətlərdən uca və
                        pakdır. Heç bir varlıq Ona bənzəməyir. O, bənzərsiz bir xaliqdir.

                        1. Çünki Quranın bəzi ayələri digərlərini şərh edərək aydınlaşdırır. Quranı dərk etmək üçün
                        təkcə bir ayəni deyil, onu bütünlüklə nəzərdə alaraq nəticəyə gəlmək lazımdır.
                        2. Nəhcul-bəlağə, 179-cu xütbə
   143   144   145   146   147   148   149   150   151   152   153