Page 149 - Pure Life 02
P. 149

İBRAHİMİ DİNLƏRDƏ ALLAH/ 221





                           Elə  bu  səbəbdən  də,  zaman  və  məkan  məhdudəsinə  sığmazdır.  Çünki
                        zaman  və  məkan  Onunla  müqayisə  olunmaz  dərəcədə  məhdud,  naqis  və
                        təsəvvür olunma qabiliyyətinə malik deyildir.
                           Allah-Taala  zaman  və  məkanı  yaradan,  ona  hökm  edəndir.  Bununla
                        belə O, eyni halda (zamana və məkana ehtiyacı olmadan) hər bir yerdə və
                        zamanda  mövcuddur.  Çünki  zaman  və  məkanı  əhatə  edərək,  bunlardan
                        daha uca və yüksəkdir. Qurani-Kərim buyurur: «O, həm yerdə Allahdır,
                        həm də, göydə Allahdır (məbuddur). Hikmətli və bilicidir.» (Zuxruf, 84)
                        Yaxud  buyurulur:  «Hər  bir  yerdə  olsanız,  O,  daim  sizinlədir.  Allah
                        əncam verdiyiniz hər bir işi görür.» (Hədid, 4)
                           Dinimizə görə, Uca Tanrı bizə bizim özümüzdən də, yaxındır. O, daim
                        bizimlədir.  Bizim  fitrətimizdədir.  O,  məkana,  zamana  ehtiyacı  olmadığı
                        halda,  hər  bir  yerdədir.  (Ağıllar  bu  həqiqəti  olduğu  kimi  dərk  etməkdən
                        acizdir.)  Necə  ki,  Qurani-Kərim  buyurur:  «Biz  (Allah),  insana  onun  şah
                        damarından da, yaxınıq.» (Qaf, 16)
                           Beləliklə, əgər biz Qurani-Kərimdə: «Odur şərəfli ərşin sahibi.» və ya;
                        «Mehriban Allah ərşin üzərində qərar tutubdur.» (Buruc, 15, Taha, 5) kimi
                        ayələrə rast gəliriksə də, bu o demək deyildir ki, Allahın ərş adında xüsusi
                        bir məkanı (taxtı) vardır və orada qalır. Əksinə «ərş»-dən məqsəd Allahın
                        sonsuz və naməhdud hakimiyyətidir.
                           Yəni  Allahın  nəhayətsiz  qüdrət  və  hakimiyyəti  bütün  maddi  cahanı  və
                        mənəvi aləmləri əhatə etmişdir. Əgər biz, Allah-Taalanın xüsusi bir məkanda
                        yerləşdiyini söyləsək, həqiqətdə, Onu məhdud bir varlıq saymış olarıq. Allaha
                        məxluqatın  xüsusiyyətlərini  nisbət  verməklə,  Uca  Tanrını  kiçiltmiş  və
                        məhdud etmiş olarıq. Bir halda ki, Qurani-Kərim buyurur: «Hec nə Ona tay
                        ola bilməz.» (Şura, 11) yaxud, İsra surəsində 4-cü ayə; «Heç bir kəs Ona tay
                        ola bilməz.»

                        Allah cisim olmaması və gözlə görülməzliyi
                        Dinimizə  görə,  Allah-Taala  heç  bir  vaxt  gözlə  görülməz. Çünki  gözlə
                        görülmək  cismin  xüsusiyyətlərindəndir.  Gözlə  görülən  hər  bir  varlıq,
                        məkan  və  zaman  hüdudlarında  qərarlaşmalı,  müəyyən  bir  rəngə  və
                        surətə  malik  olmalıdır.  Bütün  bu  xüsusiyyətlər  Allahın  yaratdığı
                        cisimlərə, varlıqlara məxsus olan xüsusiyyətlərdir.
   144   145   146   147   148   149   150   151   152   153   154