Page 150 - Pure Life 02
P. 150
220/ PURE LIFE, Vol.2.No.2, (Ramadan Mubarak 1436. Tir 1394. July. 2015)
İslam dinində Allah-Taalanın bütün varlıqları yaratdığına və başqa sözlə
desək, Onun varlıq dünyasının yaradanı olduğuna inanılır. Onun Əzəməti,
Elmi və Qüdrətinin əsərləri dünyanın bütün varlıqlarında aşkar olmuşdur.
Uca Yaradanın əzəməti, elmi və qüdrəti bəndələrinin vücudunda (həmçinin
fitrətində), canlılar və bitkilər aləmində, səmanın bitib - tükənməyən
ulduzlarında və daha yüksək aləmlərdə, bir sözlə hər yerdə aşkardır.
Belə ki, gördüyümüz bu böyük dünyanın varlıqlarının sirləri barəsində
daha çox fikirləşsək, Onun Pak Zatının əzəmətinə, elm və qüdrətinin
sonsuz olduğuna bir o qədər agah olarıq. Müxtəlif kəşf və ixtiralarla və
elmin inkişafı ilə, həqiqətdə Allahın elm və hikmətinin yeni-yeni qapıları
bizim üzümüzə açılır. Bəşərin Allah barəsində düşüncəsi və etiqadı artaraq
yeni-yeni elmi kəşflər edir. Belə ki, təbiətin bir çox sirlərinə agah olduqda,
istər-istəməz onun yaradanı barəsində fikirləşir, Onun pak zatının əzəməti
və elminin qüdrətinin, geniş olduğunu heyranlıqla etiraf edirik.
Bu təfəkkür bizim Allaha olan eşqimizi günbəgün artırır, bununla da,
Ona daha çox yaxınlaşdıraraq, tükənməz Cəlal və Cəmal sifətlərinin
nuruna boyayır. Qurani-Kərim buyurur: «Yer üzərində inam, yəqin axtaran
kəslər üçün nişanələr -ibrətlər vardır. Və sizin öz vücudunuzda da,
nişanələr mövcuddur. (məgər) Görmürsünüzmü?» (Zariat, 20-21)
Ali-İmran surəsinin 90-91-ci ayələrində buyurulur: "Şübhəsiz, yerin və göylərin
yaradılışında və gecə-gündüzün gəlişində ağıl sahibleri üçün nişanələr vardır.
Onlar ayaq üstə, oturan halda, böyürləri üstə yatarkən Allahı zikr edib (hər vaxt
Onun barəsində fikirləşərlər), göylərin və yerin yaranışını təfəkkür edər və
deyərlər: Ey Rəbbimiz, bu dünyanı boş-boşuna yaratmamısan."
Allahın Cəlal və Camal sifətləri (xüsusiyətləri)
İslam dininə görə, Allahın Pak Zatı hər bir eyib və nöqsandan uzaqdır və
O, bütün kamal sifətlərinin sahibidir. Həqiqətdə O, mütləq kamilliyin özü
və kainatınyaradanıdır. Başqa bir sözlə desək, dünyada mövcud olan hər
bir gözəllik və kamal bulağı Ondan çeşmələnmişdir.
Allahın Pak Zatının nəhayətsiz, hüdudsuz olması
İslam dini Allah-Taalanın sonsuz və nəhayətsiz bir varlıq olduğuna təkid
edir. İstər elm, istər qüdrət, istərsə də, əbədi həyat, əzəliyyət cəhətindən
sonsuz və nəhayətsizdir.