Page 152 - Pure Life 02
P. 152

218/ PURE LIFE, Vol.2.No.2, (Ramadan Mubarak 1436. Tir 1394. July. 2015)





                        2. Ağlın üçlüyü rədd etdiyini, lakin ona iman gətirməyin lazım olduğu-
                        nu iddia edənlər.
                        Keşiş Ətaullah Vəhib, «Həzrət İsanın (ə) mahiyyəti» kitabının, 18-ci səhifəsində
                        belə söyləyir: «Üç üqnum əqidəsi, heç bir ağıl və məntiq çərçivəsilə uzlaşmır.
                                                                                            1
                        İnsan ağlı onu rədd edir. Biz isə bu etiqadı təsdiqləməli və qəbul etməliyik.»
                        Rəsmi  kilsə  etiqad  naməsində  yazılıb:  «Üç  üqnum  əqidəsi,  ilahi  sirridir.
                        Onu Tanrıdan bir başa vəhy olmadan başa düşmək olmaz. İnsan ağlı onu
                                           2
                        anlamaqda acizdir.»
                           Hətta Tomas Akvinas  da, bu əqidənin elmi və fəlsəfi dəlillərlə sübuta
                        yetirilə bilməsinin qeyri-mümkün olduğunu söyləyərək, fəqət iman əhlinin
                                                         3
                        ona etiqadlı olmasını zəruri sayır»
                         A.  İSLAMDA ALLAH
                        Qurani-kərim elə bir əsrdə nazil olmuşdur ki, insanlar Allahın kənarında
                        yüzlərlə bütə sitayiş edərək, onların razılıqlarını əldə etmək üçün qurbanlar
                        kəsirdilər. Düşüncə və şüur cəhətdən zəif olan qədim ərəblər Allahı cism
                        sanır, onun üçün oğul, qız və şərik təsəvvür edirdilər. O insanlar hətta cin
                        və şeytanları dünyanın idarə olunmasında Allaha yardımçı sanırdılar.
                           Belə  bir  acınacaqlı  vəziyyətdə  Uca  Tanrı  bəşəriyyətə  sonsuz  mərhəmət
                        edərək, ilahi mərifətlərin ən kamili olan Qurani-kərimi Həzrət Məhəmmədin (s)
                        ülvi qəlbinə nazil etdi. Çox yüksək və dərin mənalara malik Qurani-kərimin 1/3
                        hissəsi  Allah-təalanın  vəsfinə  aid  olunur.  Quranda  ilk  növbədə,  Allaha  qarşı
                        irəli  sürülən  iddialar,  Ona  nisbət  verilən  yanlış  xüsusiyyətlər  və  sifətlərlə
                        mübarizə  aparılmışdır.  Cinlərin  Allaha  şərik  qoşulmasına  etiraz  edilərək,
                        onların  yaradılmış olmasına, Allahın onları xəlq etməsinə diqqət çəkilmişdir.
                        Allah üçün oğul və qız təsvir edənlər sərt sözlərlə tənqid edilmişdir. Yeri və
                        göyləri yaradanın övlada, zövcəyə ehtiyac duymamasına təkid edilmişdir.
                           Allahın şəriksiz  rəbb olmasına, Ondan başqa heç bir tanrının olmaması
                        dəfələrlə  bəyan  edilmişdir.  Təkcə  hər  bir  şeyi  Yaradana  ibadət  edilməsi
                        tələb olunmuşdur. Gözlərin Onu görmək iqtidarında olmaması, lakin Onun
                        hər bir şeydən agah olması buyurulmuşdur. (Ənam, 100-102).



                        1. Ə. Şibli, «Dinlərin əlaqəsi», səh. 124
                        2. SSS, R. 56
                        3. V. Dorant, «Mədəniyyətlər tarixi», c. 4, səh. 1302
   147   148   149   150   151   152   153   154   155   156   157