Page 151 - Pure Life 02
P. 151

İBRAHİMİ DİNLƏRDƏ ALLAH/ 219





                           Belə  qiymətli  İlahi  kəlamlarının,  ayələrin  çox  olmasına  görə,  Tanrını
                        vəsf və mədh edən Quran ayələrinin hamısını bu kitabda gətirə bilmərik.
                        Amma o mübarək o ayələrdən bir neçəsini nəzərinizə çatdırmaq imkanın-
                        dan istifadə etmək istərdik:
                         1.  «O Allah elə bir məbuddur ki, ondan başqa heç bir məbud yoxdur. Hər
                              şeyi  sahibidir.  Müqəddəsdir,  sağlamlıq,  əmin-amanlıq  bəxş  edəndir.
                              Qoruyan və nəzarətçidir. İzzət və qüdrətə malikdir. Məğlubedilməzdir.
                              Böyük  və  əzəmətlidir  bütün  eyb  və  nöqsanlardan  pakdır.  O  həmin
                              Allahdır ki, yaradan və surət bəxş edəndir. Gözəl adlar və yalnız ona
                              məxsusdur.» (Həşr, 23-24)
                         2.  «Allah  etdiyiniz  bütün  gizlin  və  aşkar  əməllərdən  xəbərdardır»
                              (Bəqərə, 77) «Həqiqətən Allah eşidən və biləndir» (Bəqərə, 227)

                           Gördüyünüz kimi, Qurani-kərimin ayələrində Allah üçün mədh (tərif) zikr
                        etməklə tanrı barəsində bir necə həqiqəti açıqlayır. O cümlədən; Quran Allahın
                        hər şeyi yaratdığı üçün öz yaratdıqlarına ehtiyacı olmamasını, həmçinin şərik,
                        zövcə, oğul, qız və bu kimi məfhumların Allahdan uzaq olmasını bəyan edir.
                        Quran,  bütpərəstləri  Tanrının  kənarında  başqa  məbudları  ibadət  etməkdən
                        çəkindirərək, onları yalnız vahid xaliqə və rəbbə sitayiş etməyə əmr edir.
                           Ümumiyyətlə,  Qurani-kərim  tövhid  məsələsinin  əhəmiyyətinə  görə
                        qırxdan  çox  ayədə  tövhidə  və  təkallahlığa  əmr  etmişdir.  Lətif  olduğu
                        üçün  gözlərin  onu  görməyə  qadir  olmadığını  bildirən  ayə  onun  hər  bir
                        şeyi, hətta gözlərdə olan xəyanəti, məhəbbəti və nifrəti gördüyünü elan
                        edir. O ki, qaldı Allah-təalanın hər şeyə agah olduğuna, demək olar ki,
                        Qurani-kərim  dəfələrlə  tanrının  hər  şeydən  xəbərdar  olmasına  işarə
                        etmişdir. Və bu işarə bəzən Tanrının kainata olan sonsuz elmi şəkildə və
                        bəzən də onun hər şeyi görüb-eşitdiyini bildirən ayələrdən düşünülür.
                           Quranın məntiqinə əsasən Allah bir olduğu üçün gərək məbud da bir ola.
                        Yəni  ibadət  yalnız  hər  şeyin  sahibi  və  maliki  olan  müqəddəs  Tanrının
                        qarşısında olmalıdır. Quran Allah-təalanı həqiqi nemət sahibi kimi tanıtdırır.
                        Quran baxımından sağlamlıq və əmin-amanlıq bəxş edən, kainatı qoruyan
                        və onun nizam-intizamına nəzarət edən Allah sözsüz ki, tükənməz izzətə və
                        qüdrətə malik olmalıdır. Belə bir böyük və əzəmətli Tanrı heç bir qüdrətin
                        qarşısında məğlub olmaz çünki o hər bir nöqsandan pakdır. Quran, nəhayət,
                        hər bir gözəl adı Allaha layiq və ona məxsus bilir.
   146   147   148   149   150   151   152   153   154   155   156