Page 153 - Pure Life 02
P. 153
İBRAHİMİ DİNLƏRDƏ ALLAH/ 217
V. M. Miller «Kəlmə Allah idi» cümləsi barəsində belə yazır: «Allah
1
birdir və “Allahın kəlməsi” də Allahdır.»
2
Pravoslavlar da üç üqnum əqidəsinə inamlıdırlar, sadəcə olaraq onlar
Müqəddəs ruhun yalnız atadan zühur etdiyinə təkid edirlər.
Üç üqnum əqidəsi və ağıl (xristianlıq baxımından)
Artıq xristian alimlərinin özlərinə də bəllidir ki, «üç üqnum əqidəsi» ağıl
və məntiqlə uzlaşmaq qabilliyətinə malik deyildir.
Nikiyya şurasında, monoteist xristian Aryus öz politeist fikirləri ilə «üç
üqnum əqidəsi»ni dəstəkləyən Atotasyusa etiraz etdi və üçlüyün heç bir ağıl
və məntiqə sığmadığını ön plana çəkdi. «Maraqlıdır ki, Atotasyus onun
fikirləri ilə tam razı idi və üçlüyün ağıla sığmadığını o da təsdiqləyirdi.
Amma ağılı kənara qoyaraq, bu əqidəni dərk etmək üçün onun aciz olduğunu
əsas tutan Atotasyus yalnız bu əqidəyə iman gətirməyin zəruri olduğunu
3
söyləyirdi.» Ümumiyyətlə, xristian alimləri bu barədə iki dəstəyə bölünmüşlər:
1. Ağlın onu rədd etmədiyini və yalnız aciz olduğunu söyləyənlər.
C. Fərəc və D. Xuri «Pavelin romalılara məktubunun şərhi» əsərinin 139-cu səhifəsində
yazırlar: «Qəlbində elə fikirləşmə ki, necə ola bilər, Allah «insan» şəklinə düşsün?!»
Çünki bu iş Allaha məxsusdur və bəşər ağlı onu dərk edə bilməz.»
Həmçinin livanlı xristian alimi Səlim ibn Cərcis «üçlüyün müqabilində ağlın
aciz olduğunu, amma onu rədd etmədiyini yazır. Səlimin fikrincə, İncildə və
adi həyatımızda belə şeylər çoxdur. Hətta çürümüş bədənlərin Qiyamət günü,
hamılıqla bir zamanda və eynilə dirilməsi də ağıla sığmır. Lakin biz ona
inanmağa və qəbul etməyə məcburuq. Çünki ağıl onu rədd etmir, sadəcə olaraq
4
məhdud məlumatlara malik olduğu üçün onu dərk edə bilmir.»
1. İsa Məsih (ə)
2. Pravoslavlıq (yunanca ortodoksiya) xristianlığın mühüm cərəyanlarından biri olaraq Şərqi
Avropa, Yaxın Şərq və Balkanda yayılmışdır. XI əsrdə Avropanın qərb və şərqində feodalizmin
müxtəlif inkişaf yolları nəticəsində müstəqil cərəyana ayrılmışdır. Digər cərəyanlardan fərqi:
1. Ehkam fərqləri: Kilsə qüsursuzluğunun qəbulu (amma papanın yox), Qiyamət gününün
inkarı, şəriətin toxunulmazlığı və dəyişməzliyinə inam.
2. Ayin fərqləri: İkonalara sitayiş, ağ ruhanilər üçün nikahın zəruriliyi və s. («Fəlsəfi
terminlər ensiklopediyası», tədqiqatçı qrupu, səh. 240).
3. V. Dorant, «Mədəniyyətlər tarixi», c. 3, səh. 770.
4. Səlim ibn Cərcis, «Əzəmətli xəzinə», səh. 109.