Page 154 - Pure Life 02
P. 154

216/ PURE LIFE, Vol.2.No.2, (Ramadan Mubarak 1436. Tir 1394. July. 2015)





                           Xristianlar da, müsəlmanlar kimi Allahın müxtəlif xüsusiyyətlərə malik
                        olduğuna inanırlar.
                           Onlar etiqadlıdırlar ki, bu xüsusiyyətlərin arasında üç xüsusiyyət Allahın
                        zatı kimi əbədi, əzəlidir. Bu xüsusiyyətlər aşağıdakılardan ibarətdir:
                                  1.  Allahın ali və əzəli zatı.
                                  2.  Allahın əzəli kəlməsi ki, İsa Məsihdə (ə) təcəssüm etmişdir.
                                  3.  Allahın  həyatverici  və  daim  fəaliyyətdə  olan  vücudu  ki,
                                      Müqəddəs ruh adlanır.
                           Bu  sifətlər  zati  və  əzəlidir.  Çünki  ilahi  zatında  pərakəndəliyin  olması
                        qeyri-mümkündür. Onun zatı daim sabitdir. Söylənilən sifətlər həmişə ilahi
                        zatla birgədir və onun xaricində deyildir. İşarə olunan sifətlər ilahi zat üçün
                        zəruri və əsldir. Onların heç birisini inkar etmək olmaz.
                           Başqa bir xristian alimi «üç üqnum əqidəsi»ni belə izah edir: «Allahın
                        vahid zatı üç üqnumdan ibarətdir. Doğrudur, yaşadığmız dünyada «üçlük»
                        əqidəsinə  uyğun  olan  bir  nümunə  ilə  üzləşmirik,  amma  insan  ağlı  ona
                        misal  ola  bilər.  Belə  ki,  insan  ağlı  həm  özü  ilə  məsləhətləşir,  həm  də
                                                                  1
                        alınmış nəticə haqqında fikir yürüdə bilir.»
                           Henri Tesin həmçinin yazır: «Üç üqnum əqidəsinə olan inam, «üç Allaha
                        inanmaq»  demək deyildir. Üç allaha inananlar hər  üç Allahın vahid hədəfi
                        güddüyünə  etiqadlıdırlar.  Amma  düzgün  əqidə  budur  ki,  Allah  həm  zatda,
                        həm hədəfdə həm də feldə vahiddir. «Sableus vahid Allahın «üçlükdə» təcəlli
                        etdiyini, lakin zatən «üç» olmadığını söyləyir. Yəni bir olan Allah həm İsa (ə)
                        şəklində təcəssüm etmiş, insanlara nicat vermiş və eyni halda müqəddəs ruh
                        şəklində  düşərək  bəşərin  günahlarını  bağışlamışdır.  Necə  ki  bir  insan  eyni
                        zamanda müğənni, müəllim və dost ola bildiyi kimi, həmçinin ata, oğul və
                        qardaş da adlanır.
                           Allah da həm Ata, həm oğul və həm də müqəddəs ruh kimi zahir olur.
                        Amma həqiqi şəkildə yox. Bu əqidə «üçlüyün» inkar olunması deməkdir.
                                                                      2
                        Çünki  onu  yalnız  zahiri  görünüşü  adlandırır.»   «Düzgün  nəzər  budur  ki,
                        Allah üç şəxsiyyətə malikdir. Ata, Oğul, Müqəddəs ruh. Vahid Allah üç
                                         3
                        fərqli şəxsiyyət.»

                        1. Henri Tesin, «Xristian ilahiyyatı», səh. 96
                        2. Həmin yer, səh. 88
                        3. Həmin yer.
   149   150   151   152   153   154   155   156   157   158   159