Page 155 - Pure Life 02
P. 155
İBRAHİMİ DİNLƏRDƏ ALLAH/ 215
1
Katoliklər «üç üqnum əqidəsi»ni belə açıqlayırlar: «Üçlük tövhid deməkdir.
Biz üç müxtəlif allaha inanmırıq. Amma vahid Allaha inanırıq ki, üç üqnum
2
zatən vahiddir.»
(Konstantiniyyə şurasının qərarı) Bu üç üqnum bir Allahlıqda şərik
olmaq mənasında deyildir. Onların hər biri vahid və kamil Allahdır: «Ata
Allah, elə həmin Oğul Allahdır. Oğul Allah da, Ata Allahın özüdür. Ata
Allah və Oğul Allah müqəddəs-ruhun eynidir. Zat və təbii cəhətdən
Vahid Allahı təşkil verirlər. (Tolda şurasının qərarı)
Bu üç Allahın hər biri həqiqətin özüdür; yəni, Tanrının zatı və əslini
təşkil edir.» (Latron şurasının qərarı)
3
«Üç üqnum » bir-birindən fərqli xüsusiyyətlərə də malikdir. Allah birdir
amma tənha deyil. «Ata, Oğul və Müqəddəs ruh» təkcə adla deyil, vahid
Allahın müxtəlif vücud keyfiyyətləridirlər. Onlar beləcə bir-birilərindən
fərqlənirlər.» (Tolda şurasının qərarı)
«Bəli, onlar müxtəlif mənşə fərqlərinə malikdirlər. Ata Allah, Oğul
Allahı yaradır. Müqəddəs-Ruh onlardan sadir olur. Deməli, Vahid Allah
4
eyni halda üçdür.» (Latron şurasının qərarı )
Tomas Mişel, «Məsihi ilahiyyatı» adlı kitabında yazır: «Bizim üç Allahın
vahid təbiəti barəsində olan anlayışımız belədir: «Bir Allaha inanırıq ki, onun
təbiəti üç xüsusiyyətə malikdir. Bir olan Allah, özünün qüdrətli yaradan və
həyat bağışlayan tanrı kimi tanıtdırır. Xristianlar onu «Ata Allah» adlandırırlar.
Ata Allah, öz «əzəli kəlamı»nı insan İsada (ə) təcəlli edib. Müqəddəs ruh isə
onun məxluqatında olan həyatverici və daim fəaliyyətdə olan vücududur.»
1. Katolisizm yunan sözü olub (catholios) «dünyəvi, ümumi» mənasında və xristianlığın
əsas cəryanlarından biridir. «Üç üqnum əqidəsi»nə inam, Qiyamət gününə inam, İsanın (ə)
canişini kimi Roma papasının ali hakimiyyətinə tabeçiliyin zəruri olmasına etiqad
bəsləmək, papanın isməti haqqında ehkamlar və s. katolik kilsəsinin doqmatik
xüsusiyyətlərindəndir. Əsasən Qərbi Avropa və Latın Amerikası ölkələrində yayılmışdır.
Katolisizmin pravoslavlıqdan kult və kanonik fərqləri ruhanilərin günahsızlığı, xüsusi
inkişaf etmiş marianizm və sairdir. Onlar Müqəddəs-ruhun həm «Atadan», həm də
«Oğul»dan nazil olduğuna etiqadlıdırlar. Katolisizmin mərkəzi Vatikan inhisarçı burjuaziya
ilə ideoloji, siyasi və iqtisadi cəhətdən əlaqəlidir. Neotolizm Katolisizmin rəsmi fəlsəfəsi
elan edilmişdir. («Fəlsəfi terminlər ensiklopediyası», tədqiqatçı qrupu, səh. 220)
2 SSS, R. 60
3 Üqnum siryani kəlməsi olaraq, «şəxs» ya «əsl» mənasınadır.
4 SSS, R. 60