Page 156 - Pure Life 02
P. 156
214/ PURE LIFE, Vol.2.No.2, (Ramadan Mubarak 1436. Tir 1394. July. 2015)
1- Mənəvi duyğular dəlili
Tomasın fikrincə, insanlar doğruluq, xeyirxahlıq, ədalət, sədaqət və sair
kimi pak hisslərə malikdir. Bu hisslər maddi deyil, deməli onları bizə
bəxş edən ali ülvi hisslərin yaradanı və özüdür. Yəni; xeyirxahlığın,
məhəbbətin, doğruluğun özü olan Allahdır.
2- Hədəf dəlili
Dünyaya baxdığımız zaman, aşkar şəkildə orada hədəf və tədbirin
olmasını müşahidə edirik. Hər bir məxluq bihudə deyil, müəyyən bi
hədəfə qulluq etmək üçün yaradılmışdır. Yəni; hər məxluqun yaradılış
aləmində öz rolu vardır. Deməli, tədbir və hədəf varsa, onu tənzimləyən,
hədəfləyən bir sonsuz və qüsursuz ağıl və düşüncə sahibi olan varlıq da
1
mövcuddur. Həmin varlıq Allahdır.
Əlbəttə, Tomas Akvinasa qarşı, Duns Skot və onun fransiskan ordeni
ətrafında yığışan tələbələri müxtəlif dəlillər gətirərək, onun bu
sübutlarının nöqsanlı olduğunu iddia etmişlər. Onların Tomasa ən önəmli
iradları bunlardan ibarət idi ki, hər beş dəlildə "hərəkətsiz", "səbəbə
ehtiyacı olmayan", "varlığı əzəli və zəruri olan", sırf ali mənəvi duyğuya
malik olan və pis xüsusiyyəti olmayan", "özü hədəf məqsədilə
yaradılmayan" Allahın varlığını xəyali deyil, həqiqin şəkildə sübut
etməkdə acizdir. Həmçinin, Tomas bu dəlillərlə bir-neçə allahın varlığını
2
inkar edə bilməz.
Xristianlıqda «üç üqnum» əqidəsi
Xristianlar «tövhid»ə etiqadlı olduqlarını iddia etməklə yanaşı, «üç üqnum»a
da inamlıdırlar. Məsihi alimləri tarix boyu «üç üqnum əqidəsi»nin izlərini
və nişanələrini İncildə axtarmaqla birgə, onun «tövhid»lə heç bir ziddiyyət
daşımadığını sübuta yetirmək üçün çalışmışlar. Bu barədə xristian alim və
tədqiqatçıları bir-birindən fərqli müxtəlif şəkildə fikirlər yürütmüşlər.
1. Məsihi ilahiyyatı ("Christian Theologi An İntroduction"), Alister E. McGrath,
(Blackwell, 2002), səh. 471-472.
2. Məsihi ilahiyyatı, səh. 474