Page 157 - Pure Life 02
P. 157

İBRAHİMİ DİNLƏRDƏ ALLAH/ 213





                           O,  düşünürdü  ki,  məhəbbət  ən  gözəl  yol  olsa  da,  Allahı  yalnız
                        yaratdıqlarında dərk etmək mümkündür. Necə ki, bir rəssamı çəkdiyi rəsm
                        əsərinindən  dərk  etmək  lazımdır.  Yaradan  hər  bir  varlıqda  öz  imzasını
                        qoymuşdur. Biz Onu imzasına baxaraq tanımalıyıq. Tomas bütpərəstlərin
                        və yunan filosoflarının qarşısında Allahın varlığını sübut etmək üçün beş
                        dəlil-beş yol göstərmişdir:

                         3-  Hərəkət dəlili
                        Dünya bütünlüklə, ən xırda üzvləri ilə birgə hərəkət edir, dəyişilir. Yerin
                                                  1
                        günəş ətrafında fırlanması,  yağışın yağması və sair. Deməli, onu hərəkətə
                        etdirən hərəkətsiz bir qüdrət vardır. Həmin qüdrət Allahdır.
                           Çünki  onu  hərəkətə  gətirən,  Allahdan  qeyrisidirsə,  özü  də  hərəkət
                        edirsə, bir hərəkətə gətirənə ehtiyac duyacaq. Bununla da, hərəkət etdirən
                        və  özü  də  hərəkət  edən  qüdrətlər  silsiləsi  yaranacaq.  Deməli,  bu  silsilə
                        hərəkətsiz bir qüdrətə sonlanmalıdır.
                         4-  Səbəb-nəticə dəlili
                        Hər bir hadisə, yaranış, varlıq səbəbsiz yerə mövcud ola bilməz. Yəni; hər
                        bir  nəticənin  səbəbi  vardır.  Məxluq  varsa,  onu  yaradan  və  yaradılmağa
                        ehtiyacı  olmayan  Xaliq  də  vardır.  Çünki  yaranmışların  səbəbi,  özü  də
                        yaranmağa  və  var  olmağa  ehtiyaclı  olsa,  onun  da  bir  səbəbə  ehtiyacı
                        olacaq.  Bu  ehtiyaclı  səbəblər,  yaradanlar  silsiləsinə  son  vermək  üçün,
                        özündən var olan, yaradılmağa ehtiyacı olmayan, varlığın səbəbi olan bir
                        qüdrət lazımdır. Bu da Allahdır.
                         5-  Zəruri və mümkün varlıqlar dəlili
                         Dünya başdan başa var olması və yox olması mümkün olan varlıqlardan
                         təşkil  tapmışdır.  Əvvəllər  olmayıb,  sonradan  yaranan  bu  varlıqları
                         vücuda  gətirən,  əbədi-əzəli  və  varlığı  özünə  bağlı  bir  zəruri  varlıq
                         olmalıdır. Həmin varlıq Allahdır.
                            Çünki,  bütün  varlıqlar  sonradan  vücuda  gəlmiş,  olması  və
                         olmaması  mümkün  olan  varlıqlardır.  Onları  yaradan  özünə  bağlı,
                         varlığı zəruri və ehtiyacsız bir zat olmalıdır ki, bu mümkün varlıqlar
                         silsiləsi sona çata bilsin.


                        1. Kilsə tarix boyu yerin günəş ətrafında fırlanması fikrinin tərəfdarı olmuşdur.
   152   153   154   155   156   157   158   159   160   161   162